Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu

Prezident İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12.05.2026 19:40 Xarici siyasət

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabında paylaşılıb.

"Telefon danışığı zamanı liderlər Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji əlaqələri bir daha təsdiqləyərək, enerji, ticarət və insanlararası təmaslar daxil olmaqla, əsas sahələrdə əməkdaşlığın davamlı genişlənməsini məmnunluqla qeyd ediblər", - deyə məlumatda qeyd olunub.

Ş. Şərif qlobal şəhərsalma gündəliyinin irəlilədilməsində Azərbaycanın ev sahibi kimi rolunu qeyd edərək, Bakıda qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Foruma göstərilən diqqətə görə minnətdarlığını bildirib və onun şəhərsalma gündəliyi üzrə aparıcı beynəlxalq platforma kimi əhəmiyyətini vurğulayıb. Ş. Şərif təxirəsalınmaz işləri səbəbindən tədbirdə iştirak edə bilməyəcəyini, lakin Pakistanın Forumda layiqincə təmsil olunmasını təmin etdiyini qeyd edib.

Liderlər Yaxın Şərqə xüsusi diqqət yetirməklə, regional proseslər ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyev Pakistanın fəal vasitəçilik rolunu, tərəflər arasında atəşkəsin təmin edilməsi istiqamətində uğurlu təşəbbüslərini və gərginliyin azaldılması səylərini çox yüksək qiymətləndirərək, bunun ölkə rəhbərliyinə olan güclü beynəlxalq inamı əks etdirdiyini qeyd edib.

Liderlər sıx əlaqədə qalmaq barədə razılığa gəliblər. Ş. Şərif Azərbaycan Prezidentini Pakistana səfərə dəvət edib və Prezident İlham Əliyev bu dəvəti minnətdarlıqla qəbul edib.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News