Bakı Şəhərsalma Mükafatı bu gündən etibarən bütün dünya üçün açıqdır

Bakı Şəhərsalma Mükafatı bu gündən etibarən bütün dünya üçün açıqdır
20.05.2026 14:42 Xarici siyasət

Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə Bakı Şəhərsalma Mükafatının məqsədi, strukturu və qlobal açıq platforma kimi rolu açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma Mükafatı: Qlobal Təsir üçün Mənzil Həllərinin Genişləndirilməsi” adlı tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün Milli Koordinatoru Anar Quliyev danışıb.

O qeyd edib ki, mükafat üç əsas elementi bir araya gətirmək üçün yaradılıb: 

“Bakı Şəhərsalma Mükafatı bu gün ayrı-ayrılıqda fəaliyyət göstərən üç elementi birləşdirmək üçün yaradılıb. Bu elementlər təcrübə, bilik və siyasətdir. Təcrübə — şəhər rəhbərlərinin və mütəxəssislərin artıq tətbiq etdiyi real həllər, bilik — bu həllərin niyə işlədiyini izah edən elmi və sistemli sənədləşdirmə, siyasət — həmin təcrübələrin hökumətlər, beynəlxalq institutlar və qlobal urban gündəlik tərəfindən tətbiq olunması. Hər mükafat dövrü sadəcə mərasimlə bitməyəcək. Bu proses öyrənmə, potensialın artırılması, həllərin tətbiqinə dəstək vasitəsilə davam edəcək. Mükafatın məqsədi həlləri sadəcə nümayiş etdirmək deyil, onları hərəkətə gətirməkdir. Qlobal mükafatın dəyəri onun etibarlılığı ilə ölçülür”.

Anar Quliyev qeyd edib ki, Bakı Şəhərsalma Mükafatı müstəqil və beynəlxalq nüfuza malik münsiflər heyəti tərəfindən qiymətləndiriləcək: 

“Bu heyət memarlıq, şəhərsalma, mənzil maliyyəsi, iqlim elmi, vətəndaş cəmiyyəti sahələrində tanınmış mütəxəssislərdən ibarət olacaq. Onların tam siyahısı yaxın zamanda açıqlanacaq”.

O əlavə edib ki, mükafat bu gündən etibarən qlobal iştirak üçün açıqdır: 

“Biz Bakı Şəhərsalma Mükafatını beynəlxalq qonaqları olan milli mükafat kimi görmürük. Biz onu Azərbaycan mənşəli, amma qlobal mükafat kimi görürük. Gələcək mərhələləri bütün regionlar, bütün gəlir səviyyələri üçün açıq olacaq. Əgər 10 ildən sonra dünyanın istənilən şəhərində insanlar bu mükafatın ortaya çıxardığı və genişləndirdiyi həll sayəsində daha yaxşı yaşayırsa, onda bu mükafat öz missiyasını yerinə yetirmiş olacaq. Azərbaycanın qlobal urban gündəliyə sadiqliyi uzunmüddətli və mahiyyətlidir. Biz COP29-a ev sahibliyi etdik, dayanıqlı və sağlam şəhərlər üçün çoxtərəfli fəaliyyət təşəbbüslərini başlatdıq. Biz hökumətləri, şəhərləri, maliyyə institutlarını, akademik dairələri, praktik mütəxəssisləri, vətəndaş cəmiyyətini bu yolda bizimlə birlikdə olmağa dəvət edirik. Bütün bunlar “UN-Habitat” olmadan mümkün olmazdı. Azərbaycan hökuməti adından təşkilata, onun rəhbərliyinə, fədakar komandasına dərin təşəkkürümü bildirirəm. Bakı Şəhərsalma Mükafatı bu gündən etibarən bütün dünya üçün açıqdır”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 All News