Anna Soave: Sülh abstrakt bir anlayış olmaqdan çıxır

Anna Soave: Sülh abstrakt bir anlayış olmaqdan çıxır
19.05.2026 12:48 Xarici siyasət

“Şəhərlər bərpa prosesinin ən görünən olduğu yerlərdir. Bir ailə yenidən mənzilə çatdıqda, su və elektrik enerjisi geri qayıtdıqda, uşaqlar məktəbə gedə bildikdə və ictimai məkanlar yenidən əlçatan və təhlükəsiz olduqda, sülh artıq abstrakt bir anlayış olmaqdan çıxır. İnsanlar yenidən gələcəyə inana bilirlər”.

TodayPress TV xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Sülhsevər İqlim Fəaliyyəti: Kövrək və Münaqişədən Zərərçəkmiş Mühitlərdə Şəhər Həlləri" adlı tədbirdə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı ölkə ofisinin rəhbəri Anna Soave deyib.

Anna Soave, həmçinin şəhərlərdəki infrastrukturun iqlim dəyişikliklərinə və gözlənilməz təbii hadisələrə qarşı dayanıqlı olması zərurətindən bəhs edib:

“Biz infrastrukturumuzu təkcə günəşli günlər üçün deyil, həm də fırtınalara tab gətirə biləcək şəkildə dizayn etməliyik. Bu, bütün dünyada üzləşdiyimiz bir reallıqdır”.

Çıxışının sonunda Anna Soave, öz təcrübəsinə əsaslanaraq, münaqişələrdən zərər çəkmiş ərazilərdə insanların ən böyük istəyinin evlərinə qayıtmaq olduğunu vurğulayıb:

“Mən münaqişələrdən və köçkünlükdən zərər çəkmiş icmalarda bir neçə il işləmişəm. Orada yerli hakimiyyət orqanları ilə birlikdə, evlərini, infrastrukturunu və bazarlarını bərpa etmək istəyən, yalnız öz evlərinə qayıtmağı arzulayan ailələrə dəstək göstərmişik. Onların ən böyük istəyi evlərinə qayıtmaq olur”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 All News