UEFA “Napoli” – “Qarabağ” matçından yazdı

UEFA “Napoli” – “Qarabağ” matçından yazdı
20.11.2025 12:02 UEFA

UEFA-nın rəsmi saytı Çempionlar Liqasının V turunun “Napoli” – “Qarabağ” oyunu ilə bağlı yazı hazırlayıb. 

TodayPress TV xəbər verir ki, matç noyabrın 25-də Neapol şəhərində keçiriləcək.

“Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”ı qəbul edəcək və qələbə qazanacağı halda Azərbaycan çempionu ilə xallarını bərabərləşdirəcək.

“Napoli” Azərbaycan təmsilçisi ilə ilk dəfə qarşılaşır. “Qarabağ” isə bundan əvvəl İtaliya klubları ilə keçirdiyi altı oyunun heç birində qalib gəlməyib (1 heç-heçə, 5 məğlubiyyət) və səfərdə oynadığı üç görüşün hər birində uduzub.

“Köhlən atlılar” son dəfə A Seriyası təmsilçisi ilə Çempionlar Liqasının 2017/18  mövsümündə qarşılaşıb. Qrup mərhələsi qarşılaşmasında azərbaycanlılar “Roma”ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzublar.

Bu, “Napoli”nin Çempionlar Liqasının əsas mərhələsində 9-cu çıxışıdır. Komandanın ən yaxşı nəticəsi 2022/23 mövsümündə qeydə alınıb. O zaman klub 1/4 finala yüksəlib. Ötən mövsüm neapollular 2009/10 mövsümündən sonra ilk dəfə avrokuboklardan kənarda qalıblar.

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə yüksəlib. Komanda ilk dəfə 2017/18 mövsümündə qrup mərhələsində çıxış edib və “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda sonuncu yeri tutub. Ağdam təmsilçisi həmin mövsüm iki xalını məhz “Atletiko”ya qarşı matçlarda qazanıb.

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində iştirak etmiş yeganə Azərbaycan komandasıdır.

Bu, klubun avrokuboklarda ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötən mövsüm UEFA Avropa Liqasının ümumi mərhələsində azərbaycanlılar 8 oyunun 7-də məğlub olub (1 qələbə) və 36 komanda arasında sonuncu yeri tutub.

“Napoli” 4-cü turda “Ayntraxt”la (0:0) oynayıb və son 19 ev Çempionlar Liqası oyunundan yalnız birində məğlub olub (11 qələbə, 7 heç-heçə). Bununla belə, 2024/25 mövsümünün İtaliya çempionu turnirin əsas mərhələsində keçirdiyi son 6 oyunun yalnız birini qazanıb (2 heç-heçə, 3 məğlubiyyət). Bu mövsüm 4 turdan sonra italiyalıların aktivində 4 xal var.

“Napoli” Çempionlar Liqasında heç vaxt ardıcıl iki oyunda qol vurmayaraq qalmayıb. Komanda əsas mərhələdə keçirdiyi 32 ev matçının 30-da rəqib qapısına yol tapıb. 

“Qarabağ” bu mövsüm keçirdiyi 10 avrokubok oyunundan yalnız 2-də uduzub (7 qələbə, 1 heç-heçə). IV turda Qurban Qurbanovun komandası evdə “Çelsi” ilə 2:2 oynayıb. “Köhlən atlılar” cari avrokubok mövsümündə evdə keçirdiyi beş oyunundan üçünü qazanıb (1 heç-heçə, 1 məğlubiyyət).

“Qarabağ” Liqa mərhələsınin startında səfərdə “Benfika” üzərində 3:2, evdə isə “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanıb. Bunlar klub tarixində əsas mərhələdə əldə olunan ilk qələbələrdir.

“Köhlən atlılar” Çempionlar Liqasındakı son 7 oyununda 18 qol vurub.

Kaboverdeli vinger Leandro Andrade “Qarabağ”ın son 6 avrokubok oyunundan 5-də qol vurub.

Namiq HUN

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 All News