ÇEMPİONLAR LİQASINDA NƏHƏNGLƏRİN DUELİ

ÇEMPİONLAR LİQASINDA NƏHƏNGLƏRİN DUELİ
07.04.2026 14:35 UEFA

KİM QALİB GƏLƏCƏK? “REAL” – “BAVARİYA” HƏYƏCANI

Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Real Madrid” “Santyaqo Bernabeu”da “Bavariya” üz-üzə gələcək.


Bu komandalar avrokubok tarixində ən çox qarşılaşan cütlüklərdən biridir və qarşıdakı duel onların 29-cu görüşü olacaq. Son illərdə üstünlük “Real”ın tərəfindədir – Madrid təmsilçisi son dörd iki oyunlu qarşılaşmada mərhələ adlayıb və rəqibinə qarşı doqquz oyundur məğlub olmur (7 qələbə, 2 heç-heçə).


1/4 final mərhələsində də statistika “Real”ın xeyrinədir – komanda bu mərhələdə “Bavariya” ilə bütün əvvəlki qarşılaşmalarda qalib gəlib. Üstəlik, Alvaro Arbeloanın rəhbərlik etdiyi kollektiv 1/8 finalda “Mançester Siti” üzərində qələbə ilə özünə inamını artırıb.


Buna baxmayaraq, “Bavariya” da möhtəşəm formada çıxış edir. Komanda cari Çempionlar Liqasında 10 oyundan 9-da qalib gəlib və 32 qol vurub. Vinsent Kompaninin yetirmələri xüsusilə 1/8 finalda Atalantaya qarşı məhsuldar oyunu ilə diqqət çəkib.


Hər iki klub birlikdə Çempionlar Liqasının 1/4 finalına 46 dəfə yüksəlib. Bu səbəbdən mərhələ onlar üçün yeni deyil. Lakin yarımfinala yalnız bir komanda yüksələcək.

Matç öncəsi açıqlamalarda Alvaro Arbeloa “Bavariya”nı Avropanın ən stabil komandası adlandırıb və rəqibə böyük hörmətlə yanaşdıqlarını bildirib. O, zədədən qayıdan futbolçuların komandanı daha da gücləndirdiyini vurğulayıb. 


“Bavariya”nın baş məşqçisi Vinsent Kompani qarşılaşmanın xırda detallarla həll olunacağını deyib. O, komandasının “Real”a qalib gəlmək üçün həm psixoloji, həm də taktiki cəhətdən ən yüksək səviyyədə olduğunu bildirib.


TARİX YAZMAQ ŞANSI: “SPORTİNQ” “ARSENAL”I QƏBUL EDİR

Bu gün, həmçinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Sportinq” “Joze Arvalade”də “Arsenal”la üz-üzə gələcək.


Hər iki komanda matça yüksək əhval-ruhiyyədə hazırlaşır. “Arsenal”ın hücumçusu Viktor Dyökereş vaxtilə çıxış etdiyi “Sportinq”ə qarşı oynayacaq. O, 2023-2025-ci illərdə Portuqaliya klubunda 102 rəsmi oyunda 97 qol vurub.


London təmsilçisi indiyədək “Sporting”ə qarşı avrokuboklarda məğlub olmayıb. Bununla belə, komandaların son iki oyunlu qarşılaşması 2022/23 mövsümündə Avropa Liqasının 1/8 finalında baş tutub və “Sportinq” penaltilər seriyasında qalib gəlib.


Portuqaliya klubları Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə təmsilçilərinə qarşı uğursuz statistika ilə seçilir. Buna baxmayaraq, “Sportinq” 2003/04 mövsümündən sonra ilk dəfə yarımfinala yüksələn komanda olmaq istəyir. Həmin mövsümdə “Porto” turnirin qalibi olmuşdu.


“Arsenal” isə tarixində ilk dəfə Çempionlar Liqasını qazanmaq arzusundadır.


Matç öncəsi açıqlamalarda “Sportinq”in baş məşqçisi Ruy Borjeş komandasının tarix yazmaq istədiyini vurğulayıb. “Arsenal”ı çalışdıran Mikel Arteta isə rəqibin gücünü etiraf edərək, qələbəyə daha çox motivasiya olduqlarını bildirib.


Namiq HUN

NEWS FEED
02 JUNE 2026
Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 All News