Zahid Oruc: "Dağa-daşa düşməyə" ehtiyac yoxdur

Zahid Oruc: "Dağa-daşa düşməyə" ehtiyac yoxdur
01.05.2026 15:58 Təhlil

“Vətəndaş artıq ayrı-ayrı qurumların saytlarını axtarmağa məcbur qalmır”.

Bunu Milli Məclisin deputatı Zahid Oruc TodayPress TV-yə açıqlamasında deyib.  

O qeyd edib ki, dövlət-vətəndaş münasibətləri Konstitusiyanın birinci maddəsində təsbit olunan “hakimiyyətin mənbəyi xalqdır” prinsipi üzərində qurulur: 

"Ana Qanun hər bir vətəndaşın hüquq və azadlıqlarının, eləcə də rifahının təmin edilməsi üçün dövlət orqanlarının üzərinə mühüm vəzifələr qoyur. Konstitusion öhdəliklərin yerinə yetirilməsində vətəndaş müraciətləri xüsusi yer tutur, çünki bu müraciətlər cəmiyyətin real vəziyyətini və dövlətin sosial, iqtisadi və idarəetmə siyasətinin nəticələrini əks etdirir. Bu mənada vətəndaş müraciətləri dövlət siyasətinə ictimai münasibətin barometridir və idarəetmənin effektivliyini ölçən əsas indikatorlardan biridir".

Deputat bildirib ki, Ali icra hakimiyyətinə – Prezidentə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarına ünvanlanan müraciətlər ölkədə “illik milli müraciət yükü”nü formalaşdırır: 

"Hər il yüz minlərlə müraciətin dövlət başçısına, milyonlarla sorğunun isə müxtəlif qurumlara daxil olması dövlət idarəçiliyinin real ictimai yükünü göstərir. Milli Məclisə də hər il on minlərlə müraciət daxil olur. Bu müraciətlər təkcə fərdi şikayətlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi təşəbbüslər, qanunvericilik təklifləri və ictimai əhəmiyyətli ideyaları da əhatə edir.  Yeni Rəqəmsal Arxitektura ilə bağlı keçirilən müşavirələrdə Prezident İlham Əliyev bütün dövlət qurumlarının vahid elektron hökumət platformasında fəaliyyət göstərməsinin vacibliyini vurğulamışdır. Parçalanmış sistemlərin aradan qaldırılması məlumatların inteqrasiyası və dövlət siyasətinin effektivliyi üçün mühüm şərtdir". 

Zahid Oruc diqqətə çatdırıb ki, “Vətəndaşların müraciətləri haqqında” qanuna təklif edilən dəyişikliklər dövlət-vətəndaş münasibətlərinin daha əlçatan, şəffaf və nəticəyönümlü olmasına xidmət edir. Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən müraciətlərin hüquqi əsaslarla rəsmiləşdirilməsi rəqəmsal idarəetməni daha da gücləndirir. 

"Bu dəyişikliklərə əsasən vətəndaş artıq ayrı-ayrı qurumların saytlarını axtarmağa məcbur qalmır, vahid sistem vasitəsilə müraciət edə bilir. Bu isə həm vaxt itkisinin azalmasına, həm də dövlət xidmətlərinə əlçatanlığın artmasına səbəb olur". 

Parlamentari vurğulayıb ki, maddə 6-da edilən dəyişikliklər vətəndaşın müraciət üsulunu seçmək hüququnun tanınması, FİN və VÖEN kimi identifikasiya məlumatlarının daxil edilməsi və elektron imza tələbləri ilə bağlıdır. Bu addımlar həm təhlükəsizlik, həm də şəffaflıq baxımından mühüm əhəmiyyət daşıyır.

O, eyni zamanda, vətəndaşların müraciət prosesində sadəlik prinsipinin qorunmasının vacibliyini nəzərə çatdıraraq bildirib k, xüsusilə yaşlı və rəqəmsal bacarıqları məhdud olan şəxslər üçün alternativ müraciət imkanları saxlanılmalıdır. 

"Maddə 6.7 və 7.6-da edilən dəyişikliklər müraciətlərin cavablandırılma mexanizmini daha çevik və şəffaf edir. Vətəndaşın cavabın təqdim olunma formasını seçmək hüququ məmnunluq səviyyəsini artıran mühüm amildir. Maddə 8-də müraciətlərin baxılmamış saxlanılması hallarının dəqiqləşdirilməsi hüquqi müəyyənliyi gücləndirir və tətbiqdə yaranan qeyri-müəyyənlikləri aradan qaldırır. 

11.4-cü maddəyə edilən dəyişikliklər isə vətəndaşların qəbula yazılma mexanizmini modernləşdirir. Artıq qəbula yazılma həm fiziki, həm də elektron qaydada – EHİS və ya rəsmi internet resurslar vasitəsilə həyata keçirilə bilir",- deyə deputat əlavə edib.  

O, sonda qeyd edib ki, nəticə etibarilə, təklif olunan dəyişikliklər dövlət idarəçiliyində məsuliyyətin artırılması, vətəndaş məmnuniyyətinin yüksəldilməsi və müraciətlərin vahid platforma üzərindən idarə olunması baxımından mühüm addım hesab olunur.   

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 All News