“Venesuelada çevriliş, Ukraynada...” — Tramp görüşə HAZIRLAŞIR!

“Venesuelada çevriliş, Ukraynada...” — Tramp görüşə HAZIRLAŞIR!
27.10.2025 18:00 Təhlil

ABŞ Prezidenti Donald Tramp oktyabrın 16-da verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşəcəyini bildirdi. 


Bir müddət sonra isə görüşün keçirilməyəcəyi ilə bağlı məlumatlar yayıldı. Ağ Evdə çıxış edən ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukraynadakı müharibə ilə bağlı üzbəüz danışıqlar planının təxirə salınmasından sonra “vaxtını itirmək istəmədiyini” bildirdi. 

Görüşün ləğv olunmasına səbəb nə idi? 

Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri, siyasi məsələlər üzrə ekspert Əziz Əlibəyli mövzu ilə bağlı TodayPress TV-yə danışarkən deyib ki, bu proseslər, əslində, danışıqların baş tutmaması yönündə idarə olunur.


Dünya mediası gözləyir ki, tərəflər bir araya gələcək, eyni platformada fikir mübadiləsi aparacaqlar. Lakin bu məsələlərdən öncə daha böyük problemlər var:

“Danışıqlarla bağlı müzakirələrin təşkil olunması, əslində, tərəflərin bir-birini günahlandırması üçün arqument toplamaq məqsədi daşıyır. Məsələn, Rusiya deyir ki, “Rosneft” və “Lukoyl” kimi şirkətlərə qarşı sanksiyalar tətbiq etməyə ehtiyac yox idi. ABŞ tərəfi isə əksini deyir — onların fikrincə, Vaşinqton sülh üçün dəfələrlə təşəbbüs göstərib, lakin Kreml müharibəni uzatmaqla daha dağıdıcı mərhələyə keçib”.


Analitik məsələdə diqqət çəkən üç strateji detalı izah edib:

“Oktyabrın 31-də Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş planlaşdırılır. Bu görüş öncəsi ABŞ bir çox cəbhədə güc faktorundan istifadə edib Si Cinpinin qarşısına “dünyanın ən güclü dövləti” kimi çıxmalıdır.  Mümkündür ki, həmin tarixə qədər Venesuelada dövlət çevrilişinin şahidi olaq. Çünki ABŞ Latın Amerikası üzərində dominantlığını təsdiq etmək istəyir. ABŞ, həmçinin Çinin Latın Amerikasındakı investisiyalarına qarşı savaş açır.


İkincisi, Yaxın Şərqdə sürətli, sağlam nəticə əldə etmədən HƏMAS-la bəlli çərçivə inşa etdilər. Bunun necə nəticələnəcəyi hələlik qeyri-müəyyəndir. Əsas məqsəd “biz addım atdıq” görüntüsü yaratmaqdır.


Üçüncü istiqamət isə Rusiya–Ukrayna cəbhəsidir. ABŞ 31 oktyabra qədər Ukraynanın hərbi sahədə ciddi üstünlük qazanmasını istəyir. Son bir həftə ərzində Kiyevə yardımlar intensiv şəkildə göndərilir. Diqqət etsək, Ukrayna ordusunun son günlərdə həyata keçirdiyi əməliyyatların miqyası və xarakteri dəyişib — bu, təsadüfi deyil”.


Ə.Əlibəylinin qənaətincə, Vaşinqton Rusiyanı Çin–ABŞ münasibətlərindən kənarda saxlamağa çalışır. Onun sözlərinə görə, Vaşinqton danışıqların dərhal baş tutmasında maraqlı deyil. Çünki Rusiya hələ məğlubiyyətini etiraf etməyib:

“Belə olan halda, ABŞ alternativ variant kimi müharibənin 31 oktyabra qədər daha kəskin mərhələdə davam etdirilməsini istəyir. Düşünürlər ki, Rusiya vacib həmlələrlə çökə bilər”,

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
02 IYUN 2026
Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Bütün Xəbərlər