"Səfəvilər nə vaxtdan FARS olub?!" - Hər şeyi öz adı ilə çağıraq

"Səfəvilər nə vaxtdan FARS olub?!" - Hər şeyi öz adı ilə çağıraq
14.05.2026 16:24 Təhlil

Türkiyə Milli Təhsil Nazirliyinin açıqlamasına görə, dərsliklərdə bəzi tarixi və coğrafi anlayışların dəyişdirilməsi qərara alınıb. Yeni proqramda “Orta Asiya” əvəzinə “Türkistan”, “Ege dənizi” əvəzinə “Adalar dənizi” ifadəsi işlədiləcək. “Səlib yürüşləri” anlayışı “Xaçlı hücumları” kimi təqdim olunacaq, “coğrafi kəşflər” isə “müstəmləkəçiliyin başlanğıcı” kimi izah ediləcək.

Bu dəyişikliklərin milli və tarixi baxışın gücləndirilməsi məqsədi daşıdığı bildirilir. Maraqlıdır, bəs Azərbaycanda dəyişilməli olacaq terminlər varmı? 

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki,  bu məsələyə yanaşmada, xüsusilə tarix kitablarında və bəzi tarixə dair əsərlərdə istifadə olunan terminologiyaya diqqət yetirilməlidir:


"Məsələn, Rusiyanın Cənubi Qafqaza və Azərbaycana gəlişi ilə bağlı bəzi mənbələrdə “gəliş” və ya buna bənzər ifadələr işlədilir. Lakin bu hadisələrin xarakterini nəzərə alaraq, bir çox hallarda “işğal” kimi daha dəqiq və hadisənin mahiyyətini əks etdirən ifadələrin işlədilməsi lazım olduğu fikrindəyəm. Yəni Rusiyanın Cənubi Qafqazı və Azərbaycanın müəyyən ərazilərini işğal etməsi kimi terminologiyanın daha uyğun ola biləcəyini düşünürəm".

Analitik qeyd edib ki, hadisələrin mahiyyətini ört-basdır edən ümumi ifadələr yığışdırılmalıdır:

"Digər bir məsələ isə “erməni məsələsi” ifadəsinin işlədilməsidir. Fikrimcə, bu termin ümumi və qeyri-dəqiq səslənir. Bunun əvəzinə daha konkret ifadələrdən, məsələn, “erməni separatizmi”, “Azərbaycanda erməni separatçı fəaliyyəti” və ya “etnik təmizləmə siyasəti” kimi daha dəqiq terminlərdən istifadə olunması daha məqsədəuyğun ola bilər. Çünki bu hadisələrin mahiyyətini daha aydın şəkildə ifadə edən məhz bu cür anlayışlardır".

Mübariz Göyüşlü həmçinin tarixi obyektivliyin bərpası üçün zəruri olan məqamı vurğulayıb:

"Səfəvilər dövləti ilə bağlı  qeyd etmək istərdim ki, tarixçi olmasam da, oxuduqlarım və qarşılaşdığım mənbələr əsasında belə bir fikir formalaşıb ki, bu dövlətin daha çox türk dövlətçilik ənənələri kontekstində təqdim olunması daha doğru yanaşma ola bilər. Bəzi hallarda fars təsirinin və ya məzhəb amilinin həddindən artıq ön plana çıxarıldığını müşahidə edirik. Bu baxımdan, həmin məsələlərə daha balanslı və obyektiv yanaşmanın vacib olduğunu düşünürəm". 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu 19:54 İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 All News