Rusiyanın nüvə strategiyası: Norveç üçün real risk varmı?

Rusiyanın nüvə strategiyası: Norveç üçün real risk varmı?
11.02.2026 19:30 Təhlil

Norveçin müdafiə rəisi general Eirik Kristoffersen Rusiyanın nüvə arsenalının böyük bir hissəsinin, o cümlədən nüvə sualtı qayıqlarının, quru raketlərinin və nüvə silahına malik təyyarələrinin Norveç sərhədindən qısa bir məsafədə yerləşən Kola yarımadasında yerləşdiyini bildirib.

General Oslonun Rusiyanın ölkəyə gələcəkdə hücumu ehtimalını istisna edə bilməyəcəyini qeyd edib və Moskvanın şimalda yerləşən nüvə aktivlərini qorumaq üçün Norveçdən istifadə edə biləcəyi fikrini irəli sürüb.

Maraqlıdır, həqiqətən də Rusiyanın öz nüvə ehtiyatını qorumaq məqsədilə Norveçə hücum etmə ehtimalı var?

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli TodayPress TV-yə danışarkən bildirib ki, Avropa ölkələri Rusiyanı real hərbi təhlükə kimi görür və xüsusilə nüvə zərbəsi ehtimalını istisna etmirlər.


“Son vaxtlar ümumilikdə Avropa ölkələri Rusiya təhlükəsindən ciddi şəkildə ehtiyat edirlər. Avropa Birliyi bu riski nəzərə alaraq quruma üzv ölkələrin hərbi sənaye komplekslərinin inkişafı, eləcə də müdafiə imkanlarının və ordularının gücləndirilməsi üçün külli miqdarda maliyyə vəsaiti ayırıb”, - deyə analitik izah edib.

Siyasi şərhçi vurğulayıb ki, dövlətlərarası məsləhətləşmələrlə paralel olaraq artıq konkret addımların atılmasına başlanılıb. Onun sözlərinə görə, hazırda Avropa ölkələri yaxın gələcəkdə Rusiyadan hərbi təhlükə gözləyirlər və bu təhlükənin nüvə savaşı xarakteri daşıya biləcəyini də qətiyyən istisna etmirlər.

E. Xalidbəyli qeyd edib ki, belə dövlətlər sırasında Norveç də var:

“Norveç Rusiya üçün daha əlçatan coğrafiyada yerləşdiyindən ehtiyat addımlar atması zəruridir və bu, istisna hal deyil. Ukrayna müharibəsi ətrafında yaranmış son vəziyyətdə Rusiyanın mövqelərinin nisbətən güclənməsi Norveçdə və ümumilikdə Avropada ciddi narahatlıq doğurur. Norveçlə yanaşı Şərqi Avropa və Baltikyanı ölkələr də özlərini Rusiyanın əsas hədəfləri sırasında görür və bu səbəbdən müdafiə xarakterli addımlarda daha aktiv mövqe tutmağa çalışırlar”.

Politoloq sonda qeyd edib ki, bütün bu proseslər Rusiyanın qlobal məkanda real təhlükə mənbəyinə çevrildiyini göstərir. Ekspertin fikrincə, hazırda Rusiya ilə əməkdaşlıqdan daha çox, Rusiyadan müdafiə olunmaq ehtiyacı ön plana çıxıb və Avropa ölkələrinin mütləq əksəriyyəti, o cümlədən Norveç, xüsusilə nüvə zərbəsi riskinə qarşı preventiv tədbirlər görmək məcburiyyətində qalıb.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 Albalı, ərik, üzüm və indi də kartof... - Rusiya Ermənistanı boğmağa davam edir 16:17 İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj 16:03 All News