Moskvanın "adamı" Paşinyana RƏQİBDİR – Seçki öncəsi XAOS

Moskvanın "adamı" Paşinyana RƏQİBDİR – Seçki öncəsi XAOS
13.02.2026 17:55 Təhlil

"Güclü Ermənistan" partiyasından ölkənin baş naziri postuna iş adamı Samvel Karapetyanın namizədliyi irəli sürülüb. 

Bəs, rusiyayönümlü Krapetyanın baş nazir postuna gəlmə ehtimalı nə qədərdir? 

Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev TodayPress TV-yə danışıb.

 

O qeyd edib ki, Ermənistanda hazırda Nikol Paşinyanın reytinqində müəyyən azalma müşahidə olunur. Lakin buna baxmayaraq, onun nüfuzu hələ də müxalifət nümayəndələrindən, o cümlədən Karapetyandan daha yüksəkdir: 

"Nikol Paşinyan burada müəyyən siyasi taktika tətbiq edir. Ölkədə parçalanma meyilləri güclənir. Məsələn, cəmiyyət əsasən Avropa İttifaqına və Qərbə inteqrasiyanı dəstəkləyən Paşinyan tərəfdarları ilə köhnə siyasi xətti müdafiə edən, əsasən kilsəni dəstəkləyən qüvvələr arasında bölünüb".

Ekspert vurğulayıb ki, Paşinyan son dövrlərdə bu bölünməni daha da dərinləşdirir. Bu isə ona sərf edir, çünki seçkilərdə tərəfdarlarının sayını artırmağa imkan verir. Ermənistanda hazırda heç bir siyasi qüvvəni açıq şəkildə dəstəkləməyən insanların sayı kifayət qədər çoxdur və Paşinyan cəmiyyətdəki bu qarşıdurmanı gücləndirməklə həmin elektoratı öz tərəfinə çəkməyə çalışır. 

Analitik diqqətə çatdırıb ki, Qərblə yaxınlaşma və Vensin səfəri Paşinyanın mövqeyini gücləndirir: 


"Son dövrlərdə ABŞ ilə Ermənistan arasında münasibətlərin yaxınlaşması, ümumilikdə Qərbin Ermənistana artan diqqəti və ölkə iqtisadiyyatına yatırılan sərmayələr də Paşinyanın şanslarını artıran amillər sırasındadır. Hesab edirəm ki, Vensin regiona son səfəri də Paşinyanın xeyrinə yazılan siyasi dividendlərdən biri olacaq".

Z.Əmrəliyev əlavə edib ki, Karapetyanın şansı zəifdir və rusiyameyilli düşərgədə parçalanma var:

"Bütün bunların fonunda faktiki olaraq Rusiyaya yaxın mövqe tutan, həmçinin kilsə tərəfindən dəstəklənən Karapetyanın Paşinyan qarşısında şansları o qədər də yüksək görünmür. Eyni zamanda nəzərə almaq lazımdır ki, Rusiya Ermənistanda təkcə Karapetyanı dəstəkləmir; burada “Qarabağ klanı” ilə əlaqəli siyasi qüvvələr də mövcuddur. Məsələn, “Qarabağ klanı”nın keçmiş liderləri Robert Köçəryan və Serj Sarkisyan kimi fiqurlar da müəyyən siyasi proseslərə təsir göstərə və rusiyameyilli qüvvələr arasında parçalanma yarada bilərlər".

O, sonda bildirib ki, müxalifətin bu cür parçalanması isə Paşinyanın mövqelərini daha da gücləndirir: 

"Ümumilikdə mümkündür ki, əvvəlki seçkilərlə müqayisədə onun topladığı səs faizi azalsın və hətta koalisiya hökuməti formalaşdırmaq zərurəti yaransın. Lakin hesab edirəm ki, bu seçkilərdə də Nikol Paşinyan qalib gələcək".  

Qeyd edək ki, "Rusiyanın adamı" hesab edilən Karapetyan 2025-ci ilin iyun ayında həbs edilib. İş adamına qarşı "vəzifə səlahiyyətlərindən və ya təsir gücündən istifadə etməklə külli miqdarda çirkli pulların yuyulması" ittihamı ilə cinayət işi açılıb. 2025-ci ilin dekabr ayının sonlarında o, ev dustaqlığına buraxılıb.  

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 All News