“Epşteyn işi” böyüyür: Baş nazirin İSTEFASI gündəmdə

“Epşteyn işi” böyüyür: Baş nazirin İSTEFASI gündəmdə
09.02.2026 13:15 Təhlil

Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefa verə bilər.

Buna səbəb ABŞ-yə səfir təyin olunan və Cefri Epşteynlə əlaqələri ilə gündəmə gələn Piter Mandelson ətrafında yaranan qalmaqaldır.


Qalmaqal artıq baş nazirin aparat rəhbərinin istefası ilə nəticələnib və Leyborist Partiyasında Starmerə təzyiqlər də artıb.

Mənbələr onun postunu qorumaq ehtimalını aşağı qiymətləndirirlər. 

Maraqlıdır, mövcud durumda  Kir Starmerin istefası nə dərəcədə mümkündür?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Mandelson Epşteynin yaxın dostu olub və ona məlumat ötürüb:  


"Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyinin dərc etdiyi Epşteyn faylları Böyük Britaniyada böyük qalmaqal yaradıb. Məlum olub ki, ABŞ-yə Böyük Britaniyanın səfiri təyin olunan Piter Mandelson Epşteynin ən yaxın dostu olub və biznes üzrə nazir işləyərkən məxfi məlumatları Epşteynə ötürüb".

Ekspert qeyd edib ki, onun səfir təyin olunmasında mühüm rol oynayan aparat rəhbəri artıq istefa verib. Baş nazir Kir Starmer etiraf edib ki, Mandelsonun Epşteynlə yaxın olduğunu bilsə də, onun səfir təyin olunmasına razılıq verib.

Analitik əlavə edib ki, vəziyyətdən çıxmaq üçün Starmer hökumətə nüfuzlu partiya funksionerlərini cəlb etməyə çalışır. Lakin çox güman ki, bu kifayət etməyəcək, çünki qarşıdan may ayında yerli seçkilər gəlir. Qalmaqal hökuməti ciddi vəziyyətə salıb və 2024-cü ildə seçkilərdə qalib gələn Leyborist Partiyası rəhbərliyi dəyişmək barədə düşünür.


A.Səmədov sonda vurğulayıb ki, Kir Starmer partiya liderliyindən istefa verəcək:

"Çox güman ki, Kir Starmer partiya liderliyindən istefa verməyə məcbur olacaq. Baxmayaraq ki, hələ də vəziyyətdən çıxacağına ümid edir, hökumətə cəlb etməyə çalışdığı nüfuzlu şəxslərin iştirakı arzulanan nəticəni verməyəcək və onların Starmer hökumətində rol alması ehtimalı yüksək deyil.

Bir sıra ekspertlərin və nəşrlərin fikrincə, Starmer partiya liderliyindən getməli olacaq. Onu əvəz edəcək namizədlər artıq müəyyənləşib və bu, partiyanın yerli seçkilər ərəfəsində sıxıntılardan çıxmasına ümid verir". 

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 All News