Ankaranın nüvə xəbərdarlığı: Bakı üçün nə dəyişə bilər?

Ankaranın nüvə xəbərdarlığı: Bakı üçün nə dəyişə bilər?
10.02.2026 17:47 Təhlil

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, bölgədə kimsə nüvə silahı əldə edərsə, Türkiyə də nüvə silahlanması yarışına qoşulmaq məcburiyyətində qalacaq. 

Əgər Türkiyə həqiqətən nüvə silahlanması yarışına qoşularsa, bu proses Azərbaycana necə təsir edə bilər? 

Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov TodayPress TV-yə danışarkən vurğulayıb ki, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır.

 

Analitik qeyd edib ki, hazırda bölgədə nüvə silahı istehsalına ən yaxın ölkə İrandır. Onun sözlərinə görə, İran artıq 400 kiloqramdan çox, 60% zənginləşdirilmiş uran ehtiyatına malikdir və nüvə silahı istehsalı üçün tələb olunan 90%-lik zənginləşməyə çatması təxminən iki ay çəkə bilər. 

“Əgər İran nüvə silahı əldə edərsə, bu, regionda zəncirvari reaksiyaya səbəb ola bilər. Bu halda Türkiyənin də nüvə silahı istiqamətində işlərə başlaması ehtimalı yüksəlir və qısa müddətdə nüvə silahına malik olan ölkələrdən biri də Türkiyə ola bilər”, - deyə siyasi şərhçi izah edib. 


Politoloqun fikrincə, Türkiyənin nüvə silahına sahib olması Azərbaycanın təhlükəsizliyinə müəyyən əlavə təminatlar versə də, bu üstünlüklər həlledici xarakter daşımır: 

“Mən güman etmirəm ki, bu, Azərbaycana çox böyük üstünlüklər verir. Çünki nüvə silahı artıq əvvəlki kimi güclü təhdid potensialına malik deyil. Əvvəllər nüvə silahının təsiri daha yüksək qiymətləndirilirdi. Ukrayna müharibəsi ərəfəsində və ya Pakistan-Hindistan qarşıdurması zamanı bu amilin rolu indikindən daha güclü idi”. 

Siyasi analitik xatırladıb ki, hazırda əsas məhdudlaşdırıcı güc dövlətlərin konvensional hərbi potensialıdır. Onun sözlərinə görə, bu gün həlledici amillər hərbçilərin sayı, konvensional silahların səviyyəsi və ümumi hərbi gücdür və Türkiyə bu baxımdan dünyanın ən güclü dövlətlərindən biridir. 


A. Səmədov bildirib ki, Azərbaycanın Türkiyə kimi güclü müttəfiqə malik olması ölkənin müstəqilliyi və suverenliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır:  

“Nüvə silahının mövcudluğu bu təminatları müəyyən qədər artıra bilər, lakin bu gün əsas söz konvensional silahlara məxsusdur və həm Türkiyə, həm də Azərbaycan ordusunun bu sahədə potensialı çox yüksəkdir”. 

Aysel Mətləb

TodayPress TV 

NEWS FEED
01 JUNE 2026
Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 All News