Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər

Yayın görünməyən təhlükəsi: Bəzi qidalar sizi zəhərləyə bilər
25.05.2026 05:00 Sosial

"İsti aylarda qida zəhərlənmələri və bağırsaq infeksiyalarına yoluxma təhlükəsi əhəmiyyətli dərəcədə artır".

TodayPress TV xəbər verir ki, bunu RT-yə rusiyalı diyetoloq Anastasiya Lebedeva deyib.

"Bu halın əsas səbəbi qidaların keyfiyyətinin aşağı düşməsi deyil, yüksək hərarət, saxlama qaydalarının pozulması və gigiyena tələblərinə riayət edilməməsidir.

Yay fəslində virus və bakteriyaların çoxalma sürəti artır. Nəticədə qışda tam təhlükəsiz olan qidalar isti havada çox tez xarab olur. Süd məhsulları, dəniz məhsulları, ət, kremli şirniyyatlar, salatlar və souslu yeməklər tez xarab olan və riskli məhsullar hesab edilir.

İnsanlar evdən kənarda daha çox qidalanır, çimərliklərdə, bazarlarda və küçə köşklərində yemək alır, fərqli təamlardan dadır və məhsulların saxlanma şəraitinə daha az diqqət yetirirlər. İqlim, su və qidalanma rejiminin dəyişməsi isə orqanizmə əlavə yük yaradır.

İnfeksiyaların mənbəyi çox vaxt məhz su olur. İçkilərə əlavə edilən buz, yaxşı yuyulmamış meyvə-tərəvəzlər və naməlum mənbələrdən götürülmüş sular ciddi təhlükə yarada bilər. Fərqli sanitariya şəraitinə malik ölkələrə səyahət edərkən xüsusilə diqqətli olmaq lazımdır.

İnsanlar istirahətdə olarkən gigiyena qaydalarına qarşı daha diqqətsiz davranırlar. Unutmaq olmaz ki, zərərli mikroorqanizmlər heç də həmişə yeməyin dadını və ya xarici görünüşünü dəyişdirmir", - deyə mütəxəssis bildirib.

Uşaqların orqanizmində susuzlaşma böyüklərlə müqayisədə daha tez baş verdiyi üçün ekspert uşaqlı ailələrə xüsusi ehtiyatlı olmağı tövsiyə edib. Profilaktik tədbir olaraq yalnız təmizliyinə əmin olduğunuz suyu içmək, əlləri tez-tez yumaq, şübhəli iaşə obyektlərindən uzaq durmaq və hazır yeməkləri soyuducudan kənarda saxlamamaq məsləhət görülür.

Mütəxəssis sonda əlavə edib ki, spirtli içkilərin qidanı dezinfeksiya etməsi ilə bağlı yayılmış fikirlər tamamilə yanlışdır:

"Üstəlik, isti günlərdə spirtli içkilər susuzlaşmanı daha da şiddətləndirə bilər. Şiddətli ürəkbulanma, qusma, yüksək hərarət və ya kəskin halsızlıq halları baş verərsə, dərhal həkimə müraciət etmək mütləqdir".

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 All News