Qlobal şəhər gündəliyini dünya Bakıdan izləyir

Qlobal şəhər gündəliyini dünya Bakıdan izləyir
22.05.2026 13:18 Siyaset en

WUF13 Azərbaycanın Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətinin davamı kimi qiymətləndirilib, forumun qlobal miqyası xüsusi vurğulanıb.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda keçirilən WUF13 Azərbaycanın Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətlərinin ardıcıl şəkildə həyata keçirilməsinin təbii davamıdır.

“Bu forum son illər ərzində formalaşdırdığımız milli dialoqların qlobal miqyasda davamıdır. Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyət və UN-Habitat tərəfindən Azərbaycana göstərilən etimadın güclü ifadəsidir. Biz WUF13-ün baş tutmasına şərait yaradan tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk”, – deyə o qeyd edib.

Anar Quliyev vurğulayıb ki, WUF13 bu platformanın həqiqətən qlobal xarakter daşıdığını nümayiş etdirib.

Onun sözlərinə görə, forumda ümumilikdə 53 min 500 iştirakçı fəal şəkildə iştirak edib. Onlardan təxminən 50 mini tədbirə fiziki olaraq qatılıb, 3 mindən çox iştirakçı isə onlayn qoşulub.

Komitə sədri bildirib ki, forum çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub. Əsas proqramda 125 ölkədən 400-ə yaxın məruzəçi iştirak edib ki, onların 340-ı beynəlxalq, 60-ı isə Azərbaycan nümayəndələri olub.

Anar Quliyev qeyd edib ki, WUF13 forumun gələcəyini və qlobal əməkdaşlığı formalaşdıracaq bir sıra mühüm yeniliklərlə yadda qalıb.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə keçirilən Liderlərin Bəyanatı sessiyası WUF13-ün əsas hadisələrindən birinə çevrilib.

Komitə sədrinin sözlərinə görə, 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhər gündəliyinin irəlilədilməsi, davamlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də hər kəs üçün əlçatan mənzil və dayanıqlı icmaların yaradılması istiqamətində güclü siyasi iradəni nümayiş etdirib.

Anar Quliyev əlavə edib ki, WUF13-ün daha bir mühüm mərhələsi Azərbaycanın sədrliyi ilə Yeni Şəhər Gündəliyinin icrasının nəzərdən keçirilməsi məqsədilə keçirilən yenilənmiş Nazirlər Görüşü olub.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
İsrail döyüş təyyarələri yenidən Nəbatiyyəni hədəfə aldı - VİDEO 19:52 "İrandakı rejim parçalanmış vəziyyətdədir" - Rubio 19:38 Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər 19:42 Sahibə Qafarova Serbiyada gender bərabərliyinin təmin edilməsinin vacibliyindən danışdı 19:27 Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirildi 19:19 Bakı Dünya Kubokuna hazırlaşır: Su İdmanı Sarayında müvəqqəti dəyişikliklər 19:09 Məsud Pezeşkian Azərbaycan Prezidentini təbrik etdi 19:02 Rusiya və Tanzaniya liderləri bir araya gəlir 18:53 AGF-də mühüm qərarlar: Komitəyə yeni üzvlər seçildi 18:21 Tramp NATO Sammitində iştirak edəcək? - Hakan Fidan açıqladı 18:37 İsrail və Livan yenidən danışıqlar masasına oturdu 18:29 İƏT-in Baş katibi İlham Əliyevi təbrik etdi 18:17 Muxtar Babayev IUCN-nin baş direktoru ilə görüşdü 18:08 Azərbaycanlı generalın qarşısına çıxan İran sərhədçiləri - böyük müzakirə doğurdu 17:54 İran 1951-ci ilin planını işə salır: Dünyanın neft damarı kəsilə bilər 17:51 Dövlətə xəyanət edən şəxsə AĞIR CƏZA 17:48 Almaniya artıq od qiymətinədir! Kansler çarəsiz qaldı: "Ayaqlaşa bilmirik..." 17:47 Millimizin oyunlarına fit çalacaq hakimlər bəlli oldu 17:37 S-400 Triumf: Müasir zenit müdafiəsinin zirvəsi 17:34 Əli Əsədov Denis Şmıqalla görüşdü 17:20 Milli Məclisin növbədənkənar sessiyasının gündəliyi açıqlandı 17:00 Avstriya toplanışı başladı: millimiz ilk sınaqlara çıxır 16:48 Kaleb Orr şəhidlərin xatirəsini yad etdi 16:43 Azərbaycandan göndərilən məktub 3 il sonra tapıldı və ürəkləri dağladı.... 16:30 Azərbaycan və Özbəkistan XİN rəhbərləri regional məsələləri müzakirə etdi 16:28 All News