115 min insan "şəhərləşmə"yə qoşuldu

115 min insan "şəhərləşmə"yə qoşuldu
22.05.2026 13:30 Siyaset en

WUF13 yalnız forum məkanı ilə məhdudlaşmayıb, müxtəlif şəhərlərdə keçirilən tədbirlərlə 115 mindən çox insanı dayanıqlı şəhər inkişafı müzakirələrinə cəlb edib.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 konfrans məkanından kənara da genişlənərək Bakı Şəhər Həftəsi, 55 tədbir və “Move Certain Festival” vasitəsilə doqquz şəhəri əhatə edib.

Komitə sədrinin sözlərinə görə, ümumilikdə 115 mindən çox insan dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrə qoşulub.

Anar Quliyev qeyd edib ki, forum qlobal miqyasda da geniş görünürlük qazanıb və 1000-dən çox akkreditə olunmuş media nümayəndəsinin dəstəyi ilə forumun mesajları dünya auditoriyasına çatdırılıb:

“Gənclərin iştirakı WUF13-ün əsas fərqləndirici cəhətlərindən biri oldu. Forumun təşkili və fasiləsiz fəaliyyəti üçün 12 min könüllü çalışdı. Bu, Azərbaycan gənclərinin peşəkarlığını, qonaqpərvərliyini və dinamizmini nümayiş etdirdi. Gənclərin iştirakı bilik mübadiləsi, bacarıqların inkişafı və qlobal şəhər proseslərində daha güclü iştirak baxımından WUF13-ün ən dəyərli irslərindən biri hesab oluna bilər”.

Komitə sədri əlavə edib ki, forum çərçivəsində bir sıra yeni təşəbbüslər də irəli sürülüb.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyinə həyat vermək: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” adlı yüksək səviyyəli forum təşkil olunub.

Anar Quliyev bildirib ki, tədbirdə təmiz hava və yaşıl infrastrukturun dayanıqlı şəhər inkişafının və sağlam yaşayış mühitinin əsas komponentləri olduğu vurğulanıb.

O qeyd edib ki, görüşün yekununda qəbul edilən kommünikedə beynəlxalq ictimaiyyətə gələcək Ümumdünya Şəhərsalma Forumlarında təmiz havanın daimi tematik prioritet kimi tanınması çağırışı edilib.

Komitə sədri əlavə edib ki, “Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşmalar Paketi” (4SRB) praktiki bərpa mexanizmi kimi təqdim olunub və bu təşəbbüs iqlimə davamlı, ekoloji baxımdan dayanıqlı, sülhü təşviq edən və insan mərkəzli şəhər bərpası üçün inteqrasiya olunmuş həllərin hazırlanmasına mühüm töhfə verir. Xüsusilə də həssas və postmünaqişə şəraitində bu yanaşmanın əhəmiyyəti vurğulanıb.

Anar Quliyev çıxışını belə yekunlaşdırıb: “Hörmətli media nümayəndələri, WUF13 yalnız konfrans deyil, bu, fəaliyyət platformasıdır”.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
02 JUNE 2026
Neft qiymətləri ucuzlaşdı - Son Rəqəmlər! 09:20 Rusiya Ukraynanı yenidən vurdu: Ölənlər və yaralananlar var - VİDEO 09:09 Sanksiya siqnalı verildi: ABŞ Omanı niyə hədəf aldı? 09:02 NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 All News