Solaryumdan istifadə xərçəng riskini 3 dəfə artırır

Solaryumdan istifadə xərçəng riskini 3 dəfə artırır
29.12.2025 19:30 Sağlamlıq

Amerikalı alimlərin araşdırmasına görə, solaryumdan istifadə dərinin ən təhlükəli xərçəng növü olan melanomanın yaranma riskini təxminən üç dəfə artırır.

TodayPress TV xəbər verir ki, tədqiqat "Science Advances" jurnalında dərc olunub.

Alimlər solaryumdan istifadə edən 3 min nəfərin tibbi məlumatlarını istifadə etməyənlərlə müqayisə ediblər. Nəticələrə əsasən, solaryumdan istifadə edənlərin 5 faizində melanoma aşkar edilib, istifadə etməyənlərdə isə bu göstərici 2 faiz olub. Digər risk amilləri nəzərə alındıqdan sonra da riskin 2,9 dəfə yüksək olduğu müəyyən edilib.

Araşdırma zamanı dəri biopsiyaları da incələnib. Məlum olub ki, solaryumdan istifadə edən insanların dəri hüceyrələrində mutasiyaların sayı təxminən iki dəfə çoxdur. Xüsusilə 30-40 yaşlı müntəzəm solaryum istifadəçilərində mutasiyaların yaşlı insanlardan daha çox olması alimləri narahat edir.

Mütəxəssislər bildirirlər ki, melanomaların böyük hissəsi ultrabənövşəyi şüalanma ilə bağlıdır. Buna görə də solaryumlar artıq siqaret və asbest kimi yüksək riskli kanserogenlər sırasına daxildir. Bir sıra ölkələrdə solaryumlar qadağan edilib və ya yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırılıb.

Tədqiqat müəllifləri solaryumdan uzaq durmağı və təhlükəsiz alternativ kimi UB şüası olmayan öz-özünə qaralma məhsullarından istifadə etməyi tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
“Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 All News