İnsan orqanizmi hansı yaşdan sonra qocalmağa başlayır?
İnsan orqanizmi orta hesabla 30 yaşdan sonra tədricən qocalmağa başlayır.
TodayPress TV xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bədən 25-30 yaşlarında inkişafının pik mərhələsinə çatır.
Bundan sonra əzələ kütləsi və gücü azalır, sümük mineral sıxlığında zəifləmə müşahidə olunur.
Qeyd edilir ki, həyat müddətinin artması ilə yaş meyarları da dəyişir və hazırda 39 yaşadək insanlar gənc hesab oluna bilər.
Həkimlər yaşlanmanın əsas klinik əlamətləri sırasında ürək-damar xəstəlikləri, xərçəng, xroniki ağciyər xəstəlikləri, dayaq-hərəkət sistemi problemləri və diabet xəstəliyini göstərirlər.
Mütəxəssislər erkən qocalmanın əsas səbəblərindən birinin həyat tərzi olduğunu vurğulayırlar. Onlar balanslı qidalanmağı, zərərli vərdişlərdən uzaq durmağı, müntəzəm idman etməyi və gecə ən azı 7-8 saat yatmağı tövsiyə edirlər. Stressin azaldılması və peyvənd kimi profilaktik tədbirlərin də vacib olduğu qeyd olunur.
Türkan İsgəndərli