Dünyada yeni diabet növü tanındı

Dünyada yeni diabet növü tanındı
16.04.2026 19:30 Sağlamlıq

Beynəlxalq Diabet Federasiyası (BDF) uzun illər müzakirə mövzusu olan 5-ci tip diabeti rəsmi olaraq tanıyıb və Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) onu Beynəlxalq Xəstəliklər Təsnifatına daxil etməyə çağırıb.

TodayPress TV xəbər verir ki, bu diabet növü əsasən xroniki qidalanma çatışmazlığı ilə əlaqələndirilir və daha çox Asiya və Afrika ölkələrində müşahidə oluna bilər.

Mütəxəssislərin hesablamalarına görə, bu xəstəlik 25 milyona qədər insana təsir edə bilər.

Tədqiqatçılar bildirirlər ki, 5-ci tip diabet ilk dəfə 1955-ci ildə təsvir edilsə də, sonradan uzun müddət diqqətdən kənarda qalıb. Yeni araşdırmalar isə onun ayrıca bir xəstəlik forması kimi yenidən tanınmasına səbəb olub.

Mütəxəssislərin sözlərinə görə, bu tip diabet autoimmun proseslər və ya həyat tərzi ilə deyil, uzunmüddətli qida çatışmazlığı nəticəsində inkişaf edir və tez-tez səhvən 1 və ya 2-ci tip diabet kimi diaqnoz edilir.

Alimlər bildirirlər ki, bu xəstəliyin rəsmi tanınması düzgün diaqnoz və müalicə yanaşmalarının hazırlanmasına imkan verə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 All News