WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil edildi

WUF13 çərçivəsində xarici media nümayəndələri üçün Şamaxıya mediatur təşkil edildi
21.05.2026 20:17

WUF13 çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil edilib.

TodayPress TV xəbər verir ki, mediatur çərçivəsində ilk olaraq Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi ziyarət edilib.

Qeyd olunub ki, 743-cü ildə inşa edilən məscid əsrlər boyu müxtəlif tarixi sınaqlardan və dağıdıcı zəlzələlərdən keçməsinə baxmayaraq öz tarixi-mədəni əhəmiyyətini qoruyub saxlayıb. Məlumat verilib ki, bərpa prosesi zamanı məscidin tarixi memarlıq üslubu və orijinal elementləri xüsusi həssaslıqla qorunub saxlanılıb.

Media nümayəndələri daha sonra ölkəmizin üzümçülük mədəniyyəti ilə tanış olmaq məqsədilə “Meysəri” şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılıb ki, Şamaxının Meysəri kəndinin əlverişli təbii-iqlim şəraiti, illik yağıntı göstəriciləri, temperatur balansı, eləcə də ərazinin müxtəlif hissələrindən götürülən torpaq nümunələrinin analiz nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün geniş imkanlar yaradır.

Xarici media nümayəndələri sonda çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıblar. Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır, qədimdə Güneyçay adlanan kənddə dəmirçilik sənəti geniş yayıldığı üçün sonralar yaşayış məntəqəsi Dəmirçi adlandırılıb.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
"Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 All News