"Uşaq Avroviziyası 2025" müsabiqəsində Azərbaycan özünə səs verə biləcək

"Uşaq Avroviziyası 2025" müsabiqəsində Azərbaycan özünə səs verə biləcək
12.12.2025 02:45 Mədəniyyət
2025-ci il "Uşaq Avroviziyası" Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür.

TodayPress TV xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək. Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməyə qoşulacaqlar.

Səsvermə tamamilə ödənişsizdir və bütün izləyicilər jesc.tv platforması üzərindən səs verə bilərlər. Qaydalara əsasən, hər bir tamaşaçı 3 ölkəyə səs verməlidir və bu seçimlərdən biri, şübhəsiz ki, Azərbaycan ola bilər.

Səsvermə iki mərhələdə həyata keçiriləcək: Birinci mərhələ 12 dekabrdan 13 dekabra keçən gecə Bakı vaxtı ilə 00:00-dan başlayaraq 13 dekabr saat 19:59-dək davam edəcək. İkinci mərhələ dekabrın 13-də canlı şoudakı son ifadan dərhal sonra başlayacaq və təxminən 15 dəqiqə aktiv olacaq.

Hər iki mərhələdə Azərbaycan nümayəndəsinə dəstək göstərmək mümkündür.

Azərbaycanı təmsil edən 12 yaşlı Yağmur Nəsrullayeva izləyicilərə müraciət edərək hamını səsvermədə fəal iştirak etməyə çağırıb:

"Dəstəyiniz mənim üçün çox önəmlidir. Bu müsabiqədə Azərbaycanın özünə səs vermək imkanı var və hər kəsi jesc.tv saytına daxil olub Azərbaycanı və iki digər ölkəni seçməyə dəvət edirəm."

"Uşaq Avroviziyası 2025"in finalı dekabrın 13-də baş tutacaq və yekun nəticələrin 50%-i tamaşaçı səsverməsi əsasında müəyyən olunacaq.

NEWS FEED
31 MAY 2026
"Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 All News