Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi
19.01.2026 15:46 Mədəniyyət

Yanvarın 20-də Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər. 

TodayPress TV xəbər verir ki, Milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzülüb, ölməz ruhlarına ehtiram ifadə olunub. 

1990-cı ilin 20 yanvarında – 36 il öncə Bakıda baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsini qırmağa çalışdılar. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Xalqımız azadlığın, müstəqilliyin əvəzsiz nemət olduğunu, onu canından da əziz bildiyini dünyaya göstərdi. Qaradan qara, lakin milli istiqlalımıza və istiqbalımıza işıqlı yolun açıldığı o gecə şəhadət şərbətini içən 150 nəfərədək vətəndaşımız xalqın mübarizəsinin şahidləri kimi adlarını müasir tariximizə əbədi həkk etdirdilər...

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsində qazandığı şanlı Zəfər və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütün Vətən fədailərinin narahat ruhları şad olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

TodayPress TV

PHOTOS

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi — 1
Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi — 2
Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi — 3
Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi — 4
Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi — 5
NEWS FEED
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 All News