Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO
18.02.2026 09:15 Mədəniyyət

Tiranada Albaniyanın Baş nazirinin İqamətgahında MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb.

TodayPress TV xəbər verir ki, sərginin açılışında Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Tədbirdə çıxış edən Leyla Əliyeva ekspozisiyada yer alan rəsmlər, heykəllər və instalyasiyalar vasitəsilə sənətkarların təbiətin gücünü, gözəlliyini və kövrəkliyini nümayiş etdirdiyini vurğulayıb.

O, bu sərginin təbiəti qorumaq məqsədilə sənətimizin sərhədləri aşmasının mükəmməl bir nümunəsi olduğunu qeyd edib.

Sərgi haqqında məlumat verən Leyla Əliyeva mənəvi zənginliyi və səmimiyyəti ilə seçilən gözəl ölkədə olmaqdan məmnunluğunu ifadə edərək deyib:

"Azərbaycan və Albaniyanı siyasi sərhədləri aşan sıx dostluq və dərin münasibətlər birləşdirir. Ölkələr müasir dünyada böyük ehtiyac duyulan humanizm, xeyirxahlıq, ləyaqət və qarşılıqlı hörmət kimi ali dəyərləri paylaşır".

O, həmçinin Baş nazir Edi Ramanın və tanınmış alban rəssamı Arben Qoleminin əsərlərinin bu sərgidə təqdim olunmasının onun üçün böyük şərəf olduğunu, bu gün burada Bakıdan olan dörd rəssamın iştirak etməsindən və onların öz müsbət təcrübələrini bölüşərək yaradıcılıqları haqqında şəxsən məlumat vermək imkanından böyük məmnunluq duyduğunu qeyd edib.

Leyla Əliyeva bəşəriyyətin təbiətə vurduğu zərərdən də söz açaraq deyib:

"Hər il dünyada 10 milyon hektar meşə sahəsi məhv edilir. İnsanlıq vəhşi heyvanların 83 faizini, bitkilərin isə yarısını yox edib. Hər il planetimizdən 200 canlı növü silinir və okeanların 66 faizi birbaşa insan fəaliyyətinin mənfi təsirlərinə məruz qalır. Azərbaycanın zəngin ekosistemi də bu proseslərdən kənarda qalmır. Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Xəzər suitisi, qızılbalıq və nərə balığı kimi heyrətamiz canlı növləri yox olmaq təhlükəsi ilə üzləşib".

Albaniyanın Baş naziri Edi Rama sərgidə Leyla Əliyevanın əsərləri də daxil olmaqla, təbiətin mühafizəsi ilə incəsənətin vəhdətini nümayiş etdirən rəsmləri görməkdən şərəf duyduğunu qeyd edib.

Baş nazir bu sərginin iki ölkənin dostluğunda yeni bir səhifə açaraq, bura mədəniyyət və yaradıcılıq ruhu gətirdiyini söyləyib.

Edi Rama, sərginin davam etdiyi bir ay ərzində hər bir tamaşaçının buradan özü ilə rənglərin və xəyalların bir parçasını aparacağını bildirib.

Sonra qonaqlar sərgidə nümayiş olunan əsərlərlə tanış olublar.

TodayPress TV

PHOTOS

Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 1
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 2
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 3
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 4
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 5
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 6
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 7
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 8
Leyla Əliyeva və Arzu Əliyeva Tiranada beynəlxalq incəsənət sərgisinin açılışında iştirak etdilər - FOTO — 9
NEWS FEED
31 MAY 2026
Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 All News