Kukla səhnəsinin “Qaraca qız”ı

Kukla səhnəsinin “Qaraca qız”ı
22.12.2025 10:43 Mədəniyyət

Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə klassik ədəbiyyat nümunəsinə – Süleyman Sani Axundovun ölməz “Qaraca qız” hekayəsinə səhnə həyatı verib.

Bu barədə TodayPress TV-yə Teatrın mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 19-da baş tutan premyera, bir tərəfdən tanış bir ədəbiyyat nümunəsini yenidən xatırladır, digər tərəfdən isə müasir uşaqlara humanist dəyərləri fərqli rakursdan təqdim edir.

Bildiyiniz kimi, Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan bu təsirli hekayə 1948-ci ildə Abdulla Şaiq tərəfindən səhnələşdirilərək pyesə çevrilmiş və zamanla ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulmuşdur. 

Kukla Teatrının səhnəsində isə bu əsər təxminən 1970-ci illərdə oynanılıb və qısa müddət sonra repertuardan çıxarılıb. Uzun illər fasilədən sonra əsərə yenidən müraciət olunması bir növ onun səhnəyə qayıdışıdır.

Tamaşanın yeni səhnələşdirmə və quruluş müəllifi rejissor Səidə Haqverdiyevadır. O,  “Qaraca qız” tamaşasına həzin və düşüncəli yanaşma gətirməklə onun vizual gücünü artırmağa çalışıb. 

Beləcə klassik əsərin bədii ruhunu qorumaqla yanaşı, müasir uşaq auditoriyasına uyğun dramaturji və vizual həllər tətbiq edib. Nəticədə final səhnəsində faciəni yumşaldaraq, qəhrəmanı bir simvola - əfsanəyə çevirməklə ona ümidverici mesaj qazandırıb.

Tamaşanın musiqi tərtibatı da xüsusi qeyd olunmalıdır. Əməkdar artist Vüqar Camalzadənin bəstələri, Sevinc Nuruqızının yazdığı mahnı sözləri əsərin emosional dərinliyini daha da gücləndirir. Quruluşçu rəssam Rəvanə Yaqubova isə kuklalar və səhnə elementləri vasitəsilə əsərin həm realist, həm də nağılvari atmosferini balanslı şəkildə təqdim edir.

Birhissəli uşaq tamaşasında obrazları Prezident mükafatçısı Aygül Ağayeva, aktyorlar Cavid İbrahimov, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli Abbasova və Bayram Ağamalıyev ifa edirlər. 

Sürətli keçidlər sayəsində həm nağılçı, həm də kukla ifaçısına çevrilən aktyor heyəti tamaşaçı ilə kukla arasındakı emosional ünsiyyəti təsirli edə biliblər. Bu mənada musiqi və səhnə hərəkəti ilə sinxronluq uşaqlar və böyüklər tərəfindən maraqla qarşılanır.

Onu da qeyd edək ki, premyera anşlaqla keçib.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 All News