Avstriyadakı azərbaycanlı incəsənət xadimləri ilə görüş keçirildi

Avstriyadakı azərbaycanlı incəsənət xadimləri ilə görüş keçirildi
26.06.2025 13:24 Mədəniyyət

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 25-də Avstriya Respublikasına səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Vyana şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində nümayəndə heyətinin bu ölkədə yaşayan azərbaycanlı incəsənət xadimləri və tələbələrlə görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli də iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli və Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova açılış nitqi ilə çıxış ediblər.

Sonra dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə bu il Vyanada səhnələşdiriləcək “Arşın mal alan“ operettasının yaradıcı heyəti tamaşanın ilk afişasını Adil Kərimliyə təqdim edib.

Tədbirin bədii hissəsində Avstriyada yaşayan azərbaycanlı incəsənət xadimləri konsert proqramı ilə çıxış ediblər.

Konsertdə klassik və müasir Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

XƏBƏR LENTİ
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Bütün Xəbərlər