“Arşın mal alan” Ankarada nümayiş etdirildi

“Arşın mal alan” Ankarada nümayiş etdirildi
27.03.2026 11:43 Mədəniyyət

Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri Türkiyənin Ankara şəhərində opera səhnəsində nümayiş etdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi məlumat yayıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Bale Baş Müdirliyi ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bəstəkarlarının əsərləri Türkiyənin opera səhnələrində nümayiş etdirilməkdədir.

Bu əməkdaşlıq çərçivəsində martın 26-da Ankarada Azərbaycanın dahi bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi Üzeyir Hacıbəylinin məşhur operettası “Arşın Mal Alan” əsəri səhnəyə qoyulub.

Əsərin premyerasında Ankara Opera və Bale Genel Müdiri Demet Gökalp, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, media nümayəndələri, geniş ictimaiyyət iştirak edib.

Tamaşada baş rolları Əsgər-Şenol Talınlı, Gülçöhrə-Esin Talınlı, Asya-Olça Bora, Süleyman-Serkan Kocadere, Əsgərin xalası-Sibel Kızıltaş, Soltan bəy-Mehmet Yılmaz, Telli-Ayten Hanalioğlu və Vəli-İbrahim Halil Turgut ifa ediblər.

Yüksək səhnə tərtibatı, dekorasiya, artistlərin Azərbaycan və Türk dillərində ortaq istifadə etməklə oynadıqları rollar və musiqilər böyük maraqla qarşılanıb.

Anşlaqla keçən “Arşın mal alan” əsərinin tamaşası Ankara tamaşaçılarının alqışları ilə müşaiyət olunub.

Qeyd edək ki, sözügedən tamaşanın Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Dövlət Opera və Balet Teatrının birgə əməkdaşlığı ilə Türkiyənin müxtəlif bölgələrində də səhnələşdirilməsi nəzərdə tutulur.

Bu layihə Azərbaycan mədəniyyətinin Türkiyədə təbliği və iki qardaş ölkə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

TodayPress TV


PHOTOS

“Arşın mal alan” Ankarada nümayiş etdirildi — 1
NEWS FEED
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 All News