Uşaqlar sağlam qidaları niyə sevmirlər?

Uşaqlar sağlam qidaları niyə sevmirlər?
27.11.2025 19:00 Maraqlı

Uşaqların zeytun, brokkoli, sarımsaq kimi məhsulları sevməməsi valideynlər arasında geniş yayılmış narahatlıqdır. Alimlər isə bildirirlər ki, bu hal tamamilə normal və təbii prosesdir.

TodayPress TV xəbər verir ki, uşaqlarda dad reseptorları böyüklərə nisbətən daha həssas olur.

Xüsusilə acı dadlar onların beynində avtomatik olaraq təhlükə siqnalı kimi qəbul edilir. Bu, bioloji müdafiə mexanizmidir, çünki təbiətdə acı dadlar çox vaxt toksik və ya zəhərli maddələrlə əlaqələndirilir. Buna görə də zeytun, kərəviz, brokkoli kimi bir qədər acılıq və kəskinlik daşıyan qidalar uşaqlarda ilkin mərhələdə rədd reaksiyası yarada bilər.

Araşdırmalar göstərir ki, dad vərdişlərinin təməli artıq ana bətnində formalaşmağa başlayır. Yaş artdıqca uşaqlarda dad reseptorlarının həssaslığı azalır və qida seçimləri tədricən genişlənir. Uşaqlar müəyyən dadlarla dəfələrlə qarşılaşdıqca və böyüklərin davranışını təqlid etdikcə əvvəl xoşlamadıqları qidaları daha asan qəbul etməyə başlayırlar.

Mütəxəssislər vurğulayırlar ki, uşağın hər hansı qidaya qarşı ikrah hissi valideynlər üçün narahatlıq doğurmamalıdır. Bu, inkişafın normal mərhələsidir və zaman keçdikcə həmin qidalar böyüklük dövründə sevimli seçimlərə çevrilə bilər.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 Tehran Tokioya söz verdi: Gəmilərin keçidi üçün addımlar atılacaq 19:22 SON DƏQİQİƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 Daniel Orteqa Saavedra və Rosario Murilyo Azərbaycan Prezidentini təbrik etdi 20:28 Hakan Fidan Əraqçi ilə danışdı - Nələr müzakirə edildi? 20:31 Bu ölkədə dünya çempionatına pulsuz biletlər paylanılır 19:14 Karol Navrotski İlham Əliyevi təbrik etdi 20:25 Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal – İrəvana səfərdən sonra mesaj verildi 20:13 İlham Əliyev Latviyaya rəsmi səfərə dəvət olundu 20:16 Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 All News