Şəhzadə Dianadan qalan milyonlar hardadır?

Şəhzadə Dianadan qalan milyonlar hardadır?
08.05.2026 18:30 Maraqlı

Şahzadə Harri anası Diana Spencer və II  Elizabet tərəfindən ona qalan mirasın böyük hissəsini xərcləyib.

TodayPress TV xəbər verir ki, “Daily Express”in məlumatına görə, Şahzadə Harri anası Şahzadə Dianadan və Kraliça II Yelizavetadan miras qalan milyonlarla funt sterlinqin əhəmiyyətli hissəsini artıq sərf edib.

Harri 2020-ci ildə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvü statusundan imtina etdikdən sonra maliyyə baxımından əsasən öz imkanlarına güvənməyə başlayıb. Məlumata əsasən, o, Şahzadə Dianadan təxminən 10 milyon ABŞ dolları miras alıb. Bundan əlavə, Kraliça Ananın nəvələri üçün yaratdığı etibar fonduna da çıxış hüququna malikdir. Bildirilir ki, Harri 2024-cü ildə həmin fonddan 7–8 milyon funt sterlinq əldə edib.

Kral ailəsi üzrə ekspert, “People” jurnalının keçmiş redaktoru Dan Wakeford iddia edib ki, bu vəsaitin əhəmiyyətli hissəsi artıq xərclənib. Onun sözlərinə görə, şahzadəyə yaxın beş mənbə bu məlumatı təsdiqləyib.

Hazırda Harri və həyat yoldaşı Megan  Markl xərclərini azaltmağa məcbur qalıblar. Məlumata görə, onlar işçi heyətinin sayını 16 nəfərdən 5 nəfərə endiriblər.

Qeyd edək ki, Şahzadə Harri Charles III-ın kiçik oğludur. O, 2020-ci ildə kral ailəsinin aktiv üzvü statusundan imtina edərək ABŞ-yə  köçüb. Sonrakı müsahibələrində, xatirələrində və sənədli layihələrində Harri və Meqan Britaniya kral ailəsi ilə münasibətlərində yaşadıqları problemlərdən danışıb, həmçinin ailə üzvlərindən birinin irqçi xarakterli ifadələr işlətdiyini iddia ediblər.

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 All News