Azərbaycanın QLOBAL LAYİHƏSİ: ADB-dən Bakıya yaşıl işıq yandı!

Azərbaycanın QLOBAL LAYİHƏSİ: ADB-dən Bakıya yaşıl işıq yandı!
03.05.2026 17:48 Maliyyə

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Özbəkistanın Səmərqənd şəhərində keçirilən 59-cu İllik Toplantısının ilk günündə bir sıra ikitərəfli görüşlər keçirib.

TodayPress TV bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, ADB-nin Prezidenti Masato Kanda ilə keçirilən görüşdə Azərbaycan ilə Bank arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub, nəqliyyat və logistika, dəmiryolu xətlərinin modernləşdirilməsi, şəhər nəqliyyatının təkmilləşdirilməsi və regional bağlantıların gücləndirilməsi üzrə layihələrdə bankın iştirakının əhəmiyyəti qeyd olunub.

Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri barədə məlumat verilib, ADB-nin ölkə iqtisadiyyatının şaxələndirilməsi, yaşıl inkişaf, rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib. Nazir bildirib ki, ADB-nin 2025–2029-cu illəri əhatə edən Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyasında dayanıqlı, şaxələndirilmiş və rəqabətqabiliyyətli iqtisadi artımın dəstəklənməsi, yaşıl keçidin sürətləndirilməsi və regional inteqrasiyanın gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

S.Babayev regional əməkdaşlığın genişləndirilməsində CAREC Proqramının mühüm platforma olduğunu vurğulayıb, eyni zamanda Orta Dəhlizin Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı rolunun gücləndirilməsi baxımından strateji əhəmiyyətini qeyd edib.

Öz növbəsində M.Kanda Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını ifadə edərək, prioritet sahələr üzrə birgə layihələrin davam etdirilməsi və yeni təşəbbüslərin dəstəklənməsinə hazır olduqlarını bildirib.

Özbəkistanın Baş nazirinin müavini, ADB-nin Özbəkistan üzrə Rəhbəri Cəmşid Xocayev ilə görüşdə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb. Bildirilib ki, tərəflər arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilə və 2025–2029-cu illər üzrə Yol Xəritəsi iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün möhkəm baza rolunu oynayır.

S.Babayev ötən il Özbəkistanda Azərbaycanın Ticarət Nümayəndəliyinin açılmasının ikitərəfli iqtisadi əməkdaşlığın dəstəklənməsi, işgüzar əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm institusional addım olduğunu bildirib.

Nazir S.Babayevin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının (JBIC) rəhbəri Nobumitsu Hayashi ilə görüşündə isə Yaponiya ilə Azərbaycan arasında mövcud etibarlı tərəfdaşlıq münasibətləri, JBIC-nin qlobal inkişaf maliyyələşməsində rolu, Orta Dəhliz üzrə nəqliyyat və logistika infrastrukturunun inkişafı, enerji şəbəkələrinin modernləşdirilməsi və sənaye sektorunda innovativ texnologiyaların tətbiqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə Azərbaycan ilə JBIC arasında əməkdaşlığın hazırda əsasən məhdud və layihə yönümlü xarakter daşıdığı, lakin xüsusilə enerji keçidi, yaşıl iqtisadiyyat və dekarbonizasiya sahələrində geniş potensialın mövcud olduğu bildirilib. Tərəflər bu əlaqələrin uzunmüddətli investisiya əməkdaşlığı çərçivəsinə keçməsinin vacibliyini vurğulayıblar.

Həmçinin maliyyə sahəsində Azərbaycanın makroiqtisadi sabitliyi, güclü fiskal intizamı və dövlət maliyyə idarəetməsi üzrə aparılan institusional islahatlar qeyd olunub. Bildirilib ki, büdcə proseslərinin şəffaflaşdırılması, dövlət investisiya layihələrinin səmərəli idarə olunması və rəqəmsal xəzinədarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq üçün etibarlı mühit formalaşdırır.

Azərbaycan nümayəndə heyətinin üzvləri həmçinin, İnkişaf Maliyyəsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin nümayəndələri ilə görüş keçirib, Asiya İnkişaf Fondunun (ADF) Məsləhətləşmə Görüşündə iştirak ediblər.

Görüş zamanı İnkişafın Maliyyəsi üzrə Əməkdaşlıq Mərkəzinin nümayəndələri qurumun fəaliyyəti barədə ətraflı məlumat verib, Azərbaycanla mümkün əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

ADF-nin Məsləhətləşmə Görüşündə isə Fondun resurslarının daha səmərəli səfərbər edilməsi, yoxsulluğun azaldılması, insan inkişafının təşviqi, inklüzuv iqtisadi artımın dəstəklənməsi, iqlim dayanıqlığının gücləndirilməsi və fəlakət risklərinin azaldılması kimi prioritet istiqamətlər müzakirə olunub.

NEWS FEED
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 All News