Azərbaycan və IMF arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

Azərbaycan və IMF arasında əməkdaşlığın perspektivləri müzakirə olundu
04.02.2026 14:54 Maliyyə

Azərbaycan və Beynəlxalq Valyuta Fondu (IMF) arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Sahil Babayev ölkəmizdə səfərdə olan IMF-in Azərbaycanın daxil olduğu Seçki Qrupu üzrə İcraçı direktor Patrik Loşevski və Fondun Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə həmçinin ölkədə həyata keçirilən institusional və struktur islahatlar nəzərə alınmaqla potensialın artırılması və texniki yardım mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu çərçivədə fiskal və monetar siyasətin əsas istiqamətləri, makroiqtisadi və maliyyə sabitliyinin qorunması, habelə qlobal iqtisadi proseslərin yaratdığı risklərə qarşı dayanıqlığın artırılması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

S.Babayev Azərbaycan ilə IMF arasında uzunmüddətli və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edərək, IV Maddə üzrə Məsləhətləşmələrin hökumət üçün təkcə müntəzəm dialoq mexanizmi deyil, eyni zamanda makroiqtisadi qiymətləndirmə baxımından mühüm platforma olduğunu bildirib. Nazir vurğulayıb ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması hökumətin əsas prioritetlərindən biri olaraq qalır, fiskal siyasət isə davamlılıq və səmərəlilik prinsipləri əsasında formalaşdırılır. Dövlət resurslarının səmərəli istifadəsi, orta müddətli büdcə planlaşdırılmasının gücləndirilməsi və xarici şoklara qarşı dayanıqlığın artırılması islahat gündəliyinin əsas istiqamətlərini təşkil edir.

A.Bordon ölkədə həyata keçirilən fiskal və monetar siyasətin makroiqtisadi dayanıqlığın möhkəmləndirilməsi və uzunmüddətli inkişafın təmin olunmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin IMF-in texniki yardım və potensialın artırılması mexanizmlərinin institusional islahatların dəstəklənməsi, maliyyə sektorunun dayanıqlığının gücləndirilməsi və iqtisadi siyasətin davamlı icrasının təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.

P.Loşevski Azərbaycanın makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və struktur islahatlarının dərinləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri IMF-in müsbət qiymətləndirdiyini bildirib.

Görüş zamanı IMF-in potensialın artırılması və texniki yardım resurslarının Azərbaycan üzrə bölgüsü ilə bağlı mövcud disbalans məsələsinə də toxunulub. S.Babayev aparılan institusional və qabaqcıl islahatların miqyası nəzərə alınaraq, region üzrə resurs bölgüsünün daha balanslı şəkildə nəzərdən keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Eyni zamanda, IMF-də azərbaycanlı mütəxəssislərin təmsilçiliyinin məhdudluğu məsələsi qaldırılıb və Azərbaycanın artan iqtisadi potensialı fonunda Fond daxilində kadr təmsilçiliyinin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə tərəflər Azərbaycan ilə IMF arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, institusional dialoqun davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 All News