Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi

Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi
08.08.2025 10:52 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə bölgələrdə kənd təsərrüfatı və yerli məhsulların təşviqinə həsr olunmuş məhsul festivalları uğurla davam etdirilir.  Bu təşəbbüs çərçivəsində növbəti tədbirlər – Aqrar Biznes Festivalı və Şaftalı Festivalı Xaçmaz rayonunda baş tutub.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Festival Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Xaçmaz Rayon İcra Hakimiyyəti və “Food City Agrocomplex”in birgə təşkilatçılığı ilə keçirilib.

Festivalların keçirilməsində əsas məqsəd regionun kənd təsərrüfatı potensialını daha geniş ictimaiyyətə tanıtmaq, yerli fermerləri və aqrar sahədə fəaliyyət göstərən sahibkarları dəstəkləmək, eyni zamanda bölgənin aqroturizm imkanlarının inkişafına töhfə verməkdir.

Festival çərçivəsində Xaçmaz rayonundan olan fermerlər və təsərrüfat sahibləri öz məhsullarını - xüsusilə də yerli şaftalı sortlarını sərgiləyiblər. Sərgidə kənd təsərrüfatı məhsulları ilə yanaşı, texnoloji yeniliklər, innovativ aqrar xidmətlər və müxtəlif yerli brendlər də təqdim olunub.

Festival iştirakçıları arasında yerli istehsalçılar, aqrar şirkətlər, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların nümayəndələri, eləcə də digər dövlət qurumlarının əməkdaşları yer alıblar.

Tədbirin açılış hissəsində çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev  Prezident İlham Əliyevin rəhbərliyi ilə Xaçmaz rayonunda aqrar sahənin inkişafı istqiamətində həyata keçirilən tədbirlərdən danışıb. O, Xaçmaz rayonunun 95 illik yubileyinə təsadüf edən festivalın əhəmiyyətini yüksək qiymətləndirib.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışı zamanı bildirib ki, bu kimi festivallar aqrar sahədə müasir yanaşmaların təşviqinə, təcrübə mübadiləsinə və regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Regionlarda təşkil edilən festivallar fermerlər üçün praktiki biliklərin əldə olunması, müasir aqrar texnologiyalarla tanışlıq  və aqrar sahədə fəaliyyət göstərən qurumlarla daha sıx əlaqələrin qurulması baxımından da mühüm əhəmiyyət daşıyır. Qeyd edilib ki, bu platformalar gənclərin kənd təsərrüfatına marağını artırmaqla yanaşı, aqrar innovasiya və texnologiyaların regionlara inteqrasiyasına xidmət edir. 

“Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev çıxışında qeyd edib ki, yerli istehsalın inkişafı dövlətin aqrar sahəyə göstərdiyi davamlı dəstək sayəsində sürətlənir. Dövlət qurumları ilə birgə reallaşdırılan layihələr yüksək texnologiyaların tətbiqinə və ixrac bazarlarının genişləndirilməsinə xidmət edir. Bu təcrübə yerli məhsul istehsalına marağı artırır və fermer və sahibkarların bazar mövqeyini gücləndirir.

Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova çıxışlarında bu kimi tədbirlərin yerli məhsul istehsalçılarına dəstək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, praktik təcrübələrin bölüşülməsi baxımından yeni platforma rolu oynadığını bildiriblər.    

Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Biznesin İnkişafı Fondu, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Məşğulluq Agentliyi, eləcə də banklar və bank olmayan kredit təşkilatlarının nümayəndələri iştirak ediblər. Panel zamanı subsidiyalar, güzəştli kreditlər, aqrar sığorta mexanizmləri, sertifikatlaşdırma məsələləri və məşğulluq proqramları barədə iştirakçılara ətraflı məlumat verilib, fermerlərin sualları cavablandırılıb.

Festival gün ərzində maraqlı və rəngarəng proqramla davam edib. Yerli sakinlər, turistlər və ailələr üçün təşkil olunan mədəni-əyləncəli proqramlar, folklor çıxışları, kulinariya təqdimatları və dequstasiya guşələri tədbirə xüsusi rəng qatıb.

FOTOLAR

Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 1
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 2
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 3
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 4
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 5
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 6
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 7
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 8
Xaçmazda Aqrar Biznes Festivalı və Şaftalı Festivalı keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər