Qubada Aqrar Biznes Festivalı keçirildi

Qubada Aqrar Biznes Festivalı keçirildi
02.06.2025 10:24 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Quba rayonunda keçirilib. ASAN Xidmət Mərkəzinin ərazisində baş tutan tədbirdə kənd təsərrüfatına dair müxtəlif texnologiyalar, bölgənin kənd təsərrüfatı potensialının inkişafına yönəlmiş məhsullar nümayiş olunub, aqrar sahənin aktual mövzuları ətrafında panel müzakirəsi və təlim təşkil olunub.

TodayPress TV xəbər verir ki, festivalın əsas məqsədi regionlarda aqrar sahədə fəaliyyət göstərən fermerlər və  sahibkarlar arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eyni zamanda innovativ texnologiyaların təşviqi və yerli istehsalın dəstəklənməsidir. 

Festivalın sərgi zonasında yerli kənd təsərrüfatı məhsulları, innovativ texnologiyalar, ağıllı təsərrüfat sistemləri, rəqəmsal platformalar nümayiş etdirilib. Eyni zamanda, bir sıra dövlət qurumları da festivalda iştirak edərək fermer və sahibkarlara xidmətlərini təklif və nümayiş ediblər. İştirakçılar öz məhsullarını təqdim etməklə yanaşı, potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə ediblər.

Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov bölgənin aqrar potensialından bəhs edib, bu cür tədbirlərin fermerlər və sahibkarlar üçün yeni imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, regionun kənd təsərrüfatı ənənələrinin müasir texnologiyalarla inteqrasiyası məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artmasına xidmət edir.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, Aqrar Biznes Festivalları kənd təsərrüfatında innovativ yanaşmaların təşviqi və praktiki biliklərin regionlara ötürülməsi, həmçinin dövlət dəstəyi alətlərindən effektiv istifadə imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, əsas məqsəd bu sahədə mövcud yeniliklərin regionlarda yaşayan fermerlər üçün əlçatan olmasına dəstək verməkdir.

Tədbir çərçivəsində fermerlər üçün “Meyvə-tərəvəzlərin uzun müddətli saxlanma texnologiyaları və soyuq zəncirin tətbiqi” mövzusunda növbəti təlim keçirilib. “Agrosystems” MMC-nin direktoru Köçəri Həsənov tərəfindən keçirilən təlimdə məhsul itkisinin minimuma endirilməsi, keyfiyyətin qorunması, ixrac imkanlarının genişləndirilməsi və logistika zəncirində innovativ yanaşmaların rolu ətraflı izah olunub. Təlimdə iştirak edən fermerlərin sualları ətraflı cavablandırılıb.

Festival zamanı fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib. Tədbirdə fermerlər və sahibkarlarla bank və kredit təşkilatlarının nümayəndələri arasında görüşlər olub, potensial əməkdaşlıq imkanları müzakirə edilib. Bununla yanaşı, festivalda “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirəsi təşkil olunub. Paneldə dövlət və özəl maliyyə qurumlarının nümayəndələri çıxış edərək subsidiya siyasəti, güzəştli kreditlər, texniki və məsləhət dəstəyi və digər mövcud alətlər barədə iştirakçılara ətraflı məlumat təqdim ediblər. Panel müzakirədə iştirak edən fermerlərin sualları cavablandırılıb, onlara aqrar təyinatlı kredit almağa müraciət etmək üçün texniki dəstək göstərilib.

FOTOLAR

Qubada Aqrar Biznes Festivalı keçirildi — 1
Qubada Aqrar Biznes Festivalı keçirildi — 2
Qubada Aqrar Biznes Festivalı keçirildi — 3
Qubada Aqrar Biznes Festivalı keçirildi — 4
Qubada Aqrar Biznes Festivalı keçirildi — 5
Qubada Aqrar Biznes Festivalı keçirildi — 6
Qubada Aqrar Biznes Festivalı keçirildi — 7
Qubada Aqrar Biznes Festivalı keçirildi — 8
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər