Pambıq yığımı ilə bağlı son vəziyyət açıqlandı

Pambıq yığımı ilə bağlı son vəziyyət açıqlandı
11.12.2025 13:39 Kənd Təsərrüfatı

Bu günə qədər Azərbaycanda əkin aparılmış 100 468,1 hektar sahədən kondisiya çəkidə 354 906 ton xam pambıq tədarük olunub.

TodayPress TV bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bu günə olan operativ məlumata əsasən, pambıq üzrə orta məhsuldarlıq 35,33 sentner/ha təşkil edir.

Məlumata əsasən, bu, 2000-ci ildən bu yana Azərbaycanda qeydə alınan ən yüksək orta məhsuldarlıq göstəricisidir. Buna qədər pambıq üzrə ən yüksək məhsuldarlıq göstəricisi 2020-ci ildə qeydə alınıb - 33,6 sent/ha.

2025-ci təsərrüfat ilində respublikanın 16 rayonunda pambıq əkini aparılıb. Əkinlərin təxminən 86 %-ə yaxını pambıqçılıq üzrə ixtisaslaşmış 9 rayonun (Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Neftçala, Saatlı, Sabirabad, Salyan) payına düşür. Bu rayonlarda pambıq əkinlərinin ümumi ərazisi 86 min hektara yaxındır. Bu il ən çox pambıq Saatlı (12 634,1 ha), Ağcabədi (11 821,7 ha) və Sabirabad (11 086,2 ha) rayonlarında əkilib.

Pambıq üzrə ən yüksək məhsuldarlıq Beyləqandadır. Bu rayonda orta məhsuldarlıq göstəricisi 41,23 sentner/ha təşkil edir. Dekabrın 11-nə qədər rayon üzrə əkin aparılmış 8 898,3 ha sahədən 36 688,9 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilib.

Orta məhsuldarlıq göstəricisinə görə növbəti yerləri Neftçala (39,65 sentner/ha), Biləsuvar (39,49 sentner/ha), Tərtər (37,50 sentner/ha), Bərdə (35,90 sentner/ha) və Saatlı (35,78 sentner/ha) rayonları tutur. Bu rayonlarda pambıq üzrə orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Ölkəmizdə pambıq əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə yetişdirilmiş məhsulu pambıq emalı və tədarükü şirkətlərinə təhvil verən fermerlər hər tona görə dövlətdən 210 manat subsidiya alacaqlar. Ənənəvi üsulla suvarılan sahələrdə yetişdirilib tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə isə fermerlərə 195 manat subsidiya ödəniləcək.

Pambığa görə məhsul subsidiyası 15 dekabr tarixinədək pambığın təhvil verilməsinə dair qəbzləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edən fermerlərə verilir.

Bu il Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ili üçün pambıq istehsalına görə məhsul subsidiyasının artırılması barədə qərar qəbul edib. 2026-cı ildə fermerlərə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə 215 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrində yetişdirilən pambığın hər tonuna görə isə 200 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Gələn il pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Biləsuvar, Goranboy, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Yevlax, Zərdab rayonlarına, habelə Cəlilabad rayonunun Günəşli və Təzəkənd kəndlərinə və Ucar rayonunun Xələc kəndinə şamil ediləcək, digər rayonlarda əkiləcək pambığa görə isə məhsul subsidiyası ödənilməyəcək.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 All News