“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi

“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi
07.08.2025 13:08 Kənd Təsərrüfatı

Kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti “Bootcamp” həyata keçirilib.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

“Bootcamp”ın əsas məqsədi gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, aqrar innovasiyaların praktik mühitdə öyrənilməsi, iri ixtisaslaşmış şirkətlər, akselerasiya və inkubasiya mərkəzləri, eləcə də tələbələr arasında təcrübə mübadiləsinin təmin olunmasıdır.

6-7 avqust tarixlərində Xaçmaz rayonunda yerləşən “Food City Agrocomplex”in ərazisində təşkil olunan “Bootcamp”da “İnformasiya texnologiyaları”, “Aqronomluq”, “Elektronika”, “Qida elmləri”, “Kompüter mühəndisliyi” və “Data analitikası” ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.

İki gün davam edən tədbirə 20-yə yaxın ali təhsil müəssisəsindən 30 tələbə, həmçinin 10-dan çox akselerasiya və inkubasiya mərkəzinin mütəxəssisləri qatılıb. İştirakçılar aqrar sahədə süni intellektin tətbiqi üzrə yerində təcrübə qazanmaq imkanı əldə ediblər.

“Bootcamp”ın rəsmi açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruclu, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov ,“Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev və Biznesin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov çıxış edərək tələbələrə aqrar sahədə süni intellektin tətbiqi, rəqəmsal texnologiyaların üstünlükləri və sahənin gələcək inkişaf perspektivləri haqqında  məlumat veriblər. Çıxışlar zamanı aqrar təhsilin müasirləşdirilməsi, gənclərin bu sahəyə cəlb olunması və innovasiyaların bölgələrə inteqrasiyası kimi məsələlərə də toxunulub. Rəqəmsal transformasiyanın fermerlərin məhsuldarlığına, resurslara qənaətə və ixrac imkanlarına təsiri xüsusi vurğulanıb.

Çıxışçılar gənclərin bu sahəyə marağının artırılmasının vacibliyini qeyd edərək onları innovasiya əsaslı layihələrdə daha fəal iştirak etməyə çağırıblar.

Görüş zamanı tələbələrin gələcəkdə bu sahədə uğurlu karyera qurması üçün praktiki bilik və real layihələrdə iştirakının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də ixtisaslaşmış aqrar şirkətlərin nümayəndələri tərəfindən praktik təqdimatlar və nümayişlər keçirilib.

İştirakçılar “Şabran Aqro Turizm Mərkəzi” innovativ təsərrüfatına, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, institutun “Ağıllı Bağ meyvəçilik sahəsinə, “Amoris” və “Firdevs” innovativ təsərrüfatlarına səfər ediblər. İnfoturlar zamanı təsərrüfatlarda tətbiq olunan rəqəmsal həllər, sensor texnologiyalar və süni intellekt alqoritmləri üzrə praktik məlumatlar təqdim olunub.

“Bootcamp” iştirakçılarına eyni zamanda Xaçmazda keçirilən Aqrar Biznes Festivalında və Şaftalı Festivalında iştirak imkanı yaradılıb. Festival çərçivəsində tələbələr aqrar sahənin ekosistemi, yerli istehsal və regionun aqroturizm potensialı ilə yaxından tanış olublar. Tədbirin əsas məqsədi gənclər arasında kənd təsərrüfatı sahəsinə marağın artırılması, süni intellekt və texnologiyaların aqrar sektorda tətbiqinin təşviqi, eləcə də bilik və bacarıqların real təsərrüfat mühitində möhkəmləndirilməsinə şərait yaratmaqdır.

FOTOLAR

“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 1
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 2
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 3
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 4
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 5
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 6
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 7
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 8
“Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirildi — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər