Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı

Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı
23.05.2025 15:07 Kənd Təsərrüfatı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara köç edəcək fermerlər üçün keçirilən mina təhlükəsizliyi təlimləri başa çatıb.

TodayPress TV xəbər verir ki, təlimlər Füzuli rayonu, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunub.

9 aprel tarixində başlayan sessiyalara 23 may tarixində Gəncə şəhərində yekun vurulub.

2025-ci il yaylaq mövsümü ərəfəsində ümumilikdə 12 mina təhlükəsizliyi təlimi keçirilib.

Son təlimlər Azərbaycan Dövlət Aqrar Universitetinin akt zalında baş tutub.

ANAMA-nın mütəxəssisləri tərəfindən aparılan sessiyalarda azad olunmuş ərazilərdə davranış qaydaları, mina və partlamamış sursatların tanınması, təhlükələrin qarşısının alınması və şübhəli ərazilərdə düzgün hərəkət prinsipləri haqqında ətraflı məlumat verilib.

Təlimlərdə iştirak edən fermerlərə müxtəlif növ sursat nümunələri göstərilib, vizual tanıma üçün praktik materiallar təqdim olunub.

Həmçinin maarifləndirici təlimat kitabçaları, broşürlər, plakatlar paylanılıb. Təlimləri uğurla başa vuran fermerlər, işğaldan azad edilmiş yaylaq ərazilərində fəaliyyət göstərə bilmələri üçün davranış qaydalarına dair iltizamnamə imzalayıblar.

Bu sənədi imzalamış fermerlər yalnız bundan sonra yaylaqlara köç prosesində iştirak edə biləcəklər.

Tədbirlərə Kəlbəcər və Laçın yaylaqlarında mövsüm keçirməyi planlaşdıran 4276 fermer qatılıb.

Təlimləri uğurla tamamlayan fermerlərin bir hissəsinə artıq azad olunmuş ərazilərə daxil olmaq üçün uzunmüddətli icazələr təqdim olunub.

Hazırda fermerlərin yaylaqlara köçü mərhələli şəkildə davam edir.

FOTOLAR

Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 1
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 2
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 3
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 4
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 5
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 6
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 7
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 8
Fermerlər üçün mina təhlükəsizliyi təlimləri yekunlaşdı — 9
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər