Ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salındı

Ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salındı
04.08.2025 13:24 Kənd Təsərrüfatı

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Təcrübə Stansiyasında Moldovada seleksiya olunmuş, ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salınıb.

Bu barədə TodayPress TV-yə KTN-dən məlumat verilib.

Nümayiş bağına həsr olunmuş tədbirdə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov, Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Tədbir zamanı Vüqar Səlimov bildirib ki, son illərdə qlobal istiləşmənin təsiri ilə kənd təsərrüfatı bitkiləri, xüsusilə də üzümçülük sektoru artan quraqlıq və digər ekoloji risklərlə üz-üzə qalıb. Araşdırmalara əsasən, stress faktorları arasında quraqlığın təsiri 26%-ə qədər yüksəlib. Bu baxımdan üzüm sortlarının quraqlıq və digər abiotik-biotik risklərə davamlılığı prioritet sahəyə çevrilib.

Direktor əlavə edib ki, institutda bu məqsədlə quraqlığa davamlı üzüm sortlarının seçilməsi və yaradılması, adaptiv sortların introduksiyası və iqlimləşdirilməsi, torpaqda rütubət saxlanması üçün tədbirlərin tətbiqi, suya qənaətedici innovativ texnologiyaların təşviqi, aqrotexniki və torpaqbecərmə üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılır.

Yeni layihə çərçivəsində Moldovanın 9 üzüm sortundan (“Plavay”, “Viorika”, “Qara Fetyaska”, “Kloriçika”, “Luminiçka”, “Fetyaska Muskatnaya”, “Kopçk”, “Legenda”, “Moldova”) ibarət 90 ədəd calaq ting (CO4 calağı üzərində) dəmyə şəraitində əkilib. Məqsəd bu sortların quraqlığa, xəstəlik və zərərvericilərə, yüksək temperatur və digər amillərə davamlılıq xüsusiyyətlərini qiymətləndirməkdir.

Bağda üzüm sortlarının inkişaf dinamikası, məhsuldarlığı və keyfiyyəti, ekoloji plastiklik və adaptiv göstəriciləri araşdırılacaq və nəticələr yerli fermerlərə nümayiş etdiriləcək.

Tədbir iştirakçıları nümayiş bağında aparılan əkinlərlə tanış olaraq, Moldovadan gətirilmiş sortların inkişaf vəziyyəti ilə maraqlanıblar. Bildirilib ki, bu layihə ölkədə kompleks xüsusiyyətlərə malik texniki üzüm sortlarının artırılmasına və seleksiya sahəsində beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verəcək.

FOTOLAR

Ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salındı — 1
Ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salındı — 2
Ekoloji stress amillərinə davamlı üzüm sortlarından ibarət nümayiş bağı salındı — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Bütün Xəbərlər