Beynəlxalq Valyuta fondu Azərbaycanın tədiyə balansı üzrə proqnozlarını yenilədi

Beynəlxalq Valyuta fondu Azərbaycanın tədiyə balansı üzrə proqnozlarını yenilədi
30.05.2026 04:00 İqtisadiyyat

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının müsbət saldosu 2026-cı ildə 7.572 milyard ABŞ dollarına çatacaq.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarında əks olunub.

"2025-ci ilin yanvar-sentyabr aylarında cari əməliyyatlar hesabının müsbət saldosu ÜDM-in 5.4 %-ni təşkil edib ki, bu da 2024-cü ilin yekunlarına görə qeydə alınmış ÜDM-in 6.3% səviyyəsindən aşağıdır və əvvəlki illərin göstəricilərindən nəzərəçarpacaq dərəcədə geri qalır. Eyni dövr ərzində ehtiyatların artırılması prosesi davam edib.

Enerji daşıyıcılarının qiymətlərinin düşməsi və karbohidrogen hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması fonunda neft ixracından dollar gəlirləri 2025-ci ilin ilk üç rübündə bir il əvvəlki eyni dövrə nisbətən 7.2% azalıb. Bununla yanaşı, qeyri-neft idxalının artımı əvvəlki iki il ərzindəki yüksək dinamikadan sonra 2025-ci ilin ilk üç rübündə 3.9%-ə qədər yavaşlayıb. 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisitinin ÜDM-in 5.4 % səviyyəsində olacağı proqnozlaşdırılır.

2026-cı ildə neft və qaz qiymətlərinin daha yüksək olması sayəsində onun təxminən ÜDM-in 10%-nə qədər artması gözlənilir, bundan sonra ortamüddətli perspektivdə neft ixracının həcmlərinin və dəyərinin proqnozlaşdırılan azalması ilə müsbət saldo tədricən daralacaq. Qazа olan artan Avropa tələbi əlavə kommersiya perspektivləri yarada bilər, lakin onların həyata keçirilməsi üçün iri kapital qoyuluşları tələb olunacaq.

Cari əməliyyatlar hesabının profisiti 2027-ci ildə 4.45 milyard dollar, 2028-ci ildə 1.784 milyard dollar, 2029-cu ildə 1.507 milyard dollar, 2030-cu ildə 1.003 milyard dollar, 2031-ci ildə isə 634 milyon dollar təşkil edəcək.

Gözlənilir ki, cari hesabın profisiti 2026-cı ildə karbohidrogen qiymətlərinin artması sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - fonddan vurğulanıb.

Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin yekunlarına görə 3.5 milyard dollar və ya ÜDM-in 4.6%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə bu göstərici 4.7 milyard dollar və ya ÜDM-in 6.3%-ni təşkil edib.

Xatırladaq ki, apreldə BVF cari əməliyyatlar hesabının profisitini 2026-cı ildə ÜDM-in 9.7%-i, 2027-ci ildə ÜDM-in 5.4%-i, 2028-ci ildə ÜDM-in 2%-i, 2029-cu ildə ÜDM-in 1.6%-i, 2030-cu ildə ÜDM-in 1%-i, 2031-ci ildə isə ÜDM-in 0.6%-i səviyyəsində proqnozlaşdırırdı.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 All News