Vavrinka karyerasının Paris səhifəsini bağladı

Vavrinka karyerasının Paris səhifəsini bağladı
26.05.2026 13:00 İdman

İsveçrəli tennisçi Sten Vavrinka karyerasında “Rolan Qarros”dakı son matçından sonra emosional açıqlama verib.

TodayPress TV xəbər verir ki, təcrübəli tennisçi Fransa Açıq çempionatının ilk mərhələsində niderlandlı Yesper de Yonga 1:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Vavrinka qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Parisdəki turnirlə vidalaşmağın onun üçün çox ağır olduğunu bildirib.

“Azarkeşlərdən, oyunçulardan və ümumilikdə turnirdən gələn böyük sevgiyə və dəstəyə həmişə təəccüblənmişəm. Mən 20 ildən çoxdur turdayam. Gənclikdə arzum peşəkar tennisçi olmaq, TOP-100-ə düşmək və belə turnirlərdə oynamaq idi. Tennisdə bu qədər yüksələ biləcəyimi gözləmirdim. Karyeram boyunca heç vaxt özümə limit qoymadım, daim daha artığını istədim və çox çalışdım. Öz sərhədlərimi aşmağa çalışdım. Bu illərdə əldə etdiklərimlə fəxr edirəm. Həyatını həsr etdiyin və çox sevdiyin bir şeylə vidalaşmaq heç vaxt asan olmur. “Rolan Qarros”u tərk etmək mənim üçün çox çətindir”, – deyə Vavrinka bildirib.

Qeyd edək ki, Sten Vavrinka karyerası ərzində üç “Böyük Dəbilqə” titulunun sahibi olub və 2015-ci ildə məhz Fransa Açıq çempionatının qalibi adını qazanıb.

Namiq HUN

TodayPress TV

NEWS FEED
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 All News