“Rolan Qarros” öncəsi Sinnerdən soyuqqanlı açıqlama
Yannik Sinner “Rolan Qarros” turnirində üzərindəki təzyiq barədə danışıb.
TodayPress TV xəbər verir ki, dünya reytinqinin bir nömrəsi olan italiyalı tennisçi Karlos Alkarasın turnirdə iştirak etməməsi fonunda əlavə təzyiq hiss edib-etmədiyi ilə bağlı sualı cavablandırıb.
“Təzyiq həmişə olacaq. Bu, tennisçilərin həyatının bir hissəsidir. Düşünürəm ki, hər kəs işində təzyiq hiss edir. Siz də yaxşı jurnalist materialı hazırlamaq üçün təzyiq yaşayırsınız. Bu, tamamilə normaldır.
Mən buna mümkün qədər təbii yanaşmağa çalışıram. Hansı səviyyədə oyunçu olduğumu bilirəm. Əgər təzyiq hiss etmirsinizsə, deməli, bu sizin üçün vacib deyil. Mənim üçün kortda nail olmaq istədiyim hədəflər çox önəmlidir.
Eyni zamanda anlayıram ki, məğlub olsam, dünya dağılmayacaq. İstənilən halda maksimumumu verməyə çalışıram”, - deyə Sinner mətbuat konfransında bildirib.
Namiq HUN