Qauff üçün kabus kimi gün
Kopi Qauff “Rolan Qarros” turniri öncəsi avtomobil qəzasına düşdüyünü açıqlayıb.
TodayPress TV xəbər verir ki, dünya reytinqində 4-cü pillədə qərarlaşan amerikalı tennisçi hadisənin ikinci mərhələ qarşılaşmasından əvvəl baş verdiyini bildirib.
Onun sözlərinə görə, avtomobil yolda dirəyə çırpılıb və nəticədə maşın idarəolunmaz vəziyyətə düşüb:
“Turnirə gedərkən kiçik avtomobil qəzasına düşdük. Dirəyə çırpıldıq. Güclü zərbə olmadı, amma maşının içinə şirə töküldü. Daha sonra avtomobili idarə etmək mümkün olmadığından taksi ilə yola davam etdik”, - deyə Qauff bildirib.
Tennisçi əlavə edib ki, korta çıxmazdan əvvəl geyimində də problem yaranıb və fizioterapevti ilə birlikdə bunu həll etməyə çalışıb.
Qeyd edək ki, Fransa Açıq çempionatı çərçivəsində keçirilən görüşdə Qauff həmyerlisi Teylor Taunsend üzərində 6:4, 6:0 hesablı qələbə qazanıb.
Namiq HUN