Emeri “Aston Villa”nı zirvəyə aparan sirri açıqladı!

Emeri “Aston Villa”nı zirvəyə aparan sirri açıqladı!
21.05.2026 11:34 İdman

Unai Emeri UEFA Avropa Liqasının qalibi olduqları mövsümdən sonra futbolçularına qoyduğu əsas tələblərdən danışıb.

TodayPress TV xəbər verir ki, “Aston Villa”nın baş məşqçisi komandasının turnirə ciddi yanaşmasının uğurun əsas səbəbi olduğunu bildirib.

“Bu, çox əhəmiyyətli nailiyyətdir. Avropa bizə çox şey qazandırdı və şəxsən mənim üçün avrokuboklar, xüsusilə Avropa Liqası hər zaman önəmli olub. “Valensiya”, “Sevilya”, “Vilyarreal” və burada “Aston Villa”da keçdiyim yol və gördüyüm dəstəyə görə minnətdaram. Mövsüm boyu turnirə maksimum ciddi yanaşdıq. Futbolçulardan qələbə istəyi və meydanda liderlik tələb edirdim. Onlar da bunun öhdəsindən gəldilər”, – deyə Emeri bildirib.

Qeyd edək ki, “Aston Villa” tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub. Klub bu turniri qazanan altıncı İngiltərə komandası kimi tarixə düşüb.

Xatırladaq ki, “şirlər” finalda Almaniyanın “Frayburq” klubunu (3:0) məğlub edərək UEFA Avropa Liqasının 2025/2026-cı illər mövsümünün qalibi olub.

Namiq HUN

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlandı 19:11 Ukrayna Rusiyaya dron zərbələrinin intensivliyini artırır: Büdcədəki “dəlik” böyüyür 19:59 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 All News