Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı

Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı
10.05.2026 19:40 İdman

Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində keçirilən böyüklər arasında Avropa Kubokunu 9 medalla başa vurublar.

TodayPress TV xəbər verir ki, son yarış günündə daha 4 cüdoçumuz fəxri kürsüdə yer alıb.

Əjdər Bağırov 100 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu çəki dərəcəsində Elmar Qasımov bürünc mükafata sahib çıxıb. Xəyyam Əliyev (90 kq) və Diana Tçkayeva (48 kq) da turniri bürünc medalla başa vurublar.

Xatırladaq ki, ilk yarış günündə İslam Rəhimov (66 kq) qızıl, Elşən Əsədov (66 kq) gümüş, Babarəhim Mirzəyev (60 kq), Nizami İmranov (66 kq) və Rüfət Şövlətov (73 kq) isə bürünc medal əldə ediblər.

Yekunda 2 qızıl, 1 gümüş və 6 bürünc medal qazanan Azərbaycan ümumi komanda hesabında üçüncü, kişilər arasında isə ikinci yeri tutub.

TodayPress TV

NEWS FEED
31 MAY 2026
ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 All News