Hərbi təyinatlı məhsulların ixracı Azərbaycana nə qazandırır? – RƏY

Hərbi təyinatlı məhsulların ixracı Azərbaycana nə qazandırır? – RƏY
13.03.2026 20:50 Hərbi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı Azərbaycanın 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac etdiyini bildirib. 


Maraqlıdır, hərbi məhsul ixracının artması Azərbaycanın regionda hərbi-siyasi mövqeyinə necə təsir edir?

Mövzu ilə bağlı Silahlı Qüvvələrin ehtiyatda olan zabiti, hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışıb. 


O bildirib ki, Azərbaycan son 81 ilin yeganə qalib ölkəsidir və bu qələbəni döyüş meydanında əldə edib.  

“Azərbaycan 30 illik işğala yalnız öz imkanları ilə son qoyub. Bu müharibə kifayət qədər çətin iqlim şəraitində, mürəkkəb relyefdə aparılıb və Azərbaycan əsgəri dünyada bənzəri olmayan qəhrəmanlıqlar nümayiş etdirib. Təbii ki, belə nailiyyətlər əldə edən ölkənin müharibədə qazandığı böyük təcrübələr onun istehsal etdiyi silahlarda da öz əksini tapır. Belə olan halda Azərbaycan silahına maraq kifayət qədər artıb”.  

Ə.Verdiyevin sözlərinə görə, əldə olunan qələbə Azərbaycanın müdafiə sənayesinin inkişafını da sürətləndirib.


“Qələbənin bizə verdiyi üstünlüklərdən biri də Azərbaycanın müdafiə sənayesinin kifayət qədər sürətlə inkişaf etməsidir. Bu sahəyə artıq külli miqdarda vəsait yatırılır, xarici şirkətlərin də bizə marağı artır. Yerli şirkətlər xarici şirkətlərlə birgə məhsullar istehsal edirlər. Bizim istehsal etdiyimiz məhsullar dünyanın 20-dən artıq ölkəsi tərəfindən alınır və silahlanmaya qəbul edilir”. 

Ekspert əlavə edib ki, müdafiə sahəsində əməkdaşlıq ölkələr arasında uzunmüddətli strateji münasibətlərin formalaşmasına da təsir edir.

“Bizimlə müdafiə sahəsində əməkdaşlıq edən ölkələr eyni zamanda Azərbaycanın yaxın müttəfiq, dost və qardaş ölkələridir. Onlarla münasibətlərimiz bundan sonra da daha da genişlənəcək”. 

Hərbi ekspertin sözlərinə görə, yaxın vaxtlarda yerli müdafiə sənayesinin yeni məhsulları da təqdim ediləcək.

“Bu ilin sonunda gözlənilən “ADEX 2026’ sərgisində biz yerli müdafiə sənayesinin istehsal və ixrac etdiyi bir çox yeni məhsullarla daha yaxından tanış olacağıq”. 


O, bildirib ki, Vətən müharibəsində əldə olunan qələbədən sonra Azərbaycanın regionda hərbi-siyasi mövqeyi artan dinamika nümayiş etdirir.

“Davamlı olaraq Azərbaycan yeni tərəfdaşlarla, dost ölkələrlə müxtəlif sahələrdə, bəzən isə hərtərəfli əməkdaşlıq və strateji məsələlərin həlli istiqamətində müqavilələr imzalayır. Bu müqavilələrdən irəli gələn şərtlərdən biri də müdafiə sahəsində əməkdaşlıqdır ki, onu da Azərbaycan tərəfi uğurla həyata keçirir. 

Nicat Osmanlı

TodayPress TV

NEWS FEED
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 All News