Nazir yeni təyin olunmuş direktorlarla görüşdü

Nazir yeni təyin olunmuş direktorlarla görüşdü
04.03.2026 10:32 Elm və Təhsil

Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb.

Bu barədə TodayPress TV-yə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

E.Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.

Nazir direktorların məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslər olduğunu, strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.

E.Əmrullayev məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunaraq ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb.

Məktəblərdə pedaqoji prosesin düzgün təşkilinin, nizam-intizam qaydalarına əməl olunmasının mühümlüyünə diqqət çəkən nazir ümumi təhsil müəssisələri rəhbərlərinin üzərinə düşən vəzifələri, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamları, sağlam tədris mühitinin formalaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirləri qeyd edib.

E.Əmrullayev vurğulayıb ki, direktorun əsas fəaliyyətləri sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır. Təlim-tədris prosesinə sistemli nəzarət mexanizmi qurulmalı, dərslərin keyfiyyəti izlənilməli, dərs dinləmələri keçirilməli, öyrənmə prosesi düzgün təşkil edilməli və metodik işin yaxşılaşdırılması diqqətdə saxlanılmalıdır.

Daha sonra nazir məktəb rəhbərlərinin müəllimlər, şagirdlər və valideynlərlə müntəzəm kommunikasiya qurmasının əhəmiyyətini və qarşılıqlı etimada əsaslanan mühitin formalaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Ançelottinin oğlu bu klubun baş məşqçisi oldu 18:13 Millimiz Dünya Kubokuna qələbə ilə start verdi 19:42 Şəhid xanımı qətlə yetirildi - Qayınatası saxlanıldı - Foto 19:04 Kiberpolis onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib - VİDEO 18:58 Ukraynadan Rusiyaya ağır zərbə: 41 hərbi təyyarə məhv edildi - VİDEO 18:54 ABŞ Dövlət Departamentində böhran: İki minə yaxın diplomat işdən çıxarıldl 18:46 İlham Əliyev ABŞ rəsmisinə Trampın hədiyyəsini göstərdi - VİDEO 18:42 Rusiya Odessa vilayətindəki xəstəxanaya zərbə endirdi 18:30 Pezeşkiyan Yaponiyaya Hörmüzdən "qırmızı xalça" sərdi 18:13 İsrail Livanı bombalayır 17:57 Müharibə yenidən başlayır? İran ABŞ ilə danışıqları dayandırdı 17:52 Sahibə Qafarova Serbiyada səfərdədir 17:48 Monteneqro Prezidenti Azərbaycan liderini təbrik etdi 17:30 Tramp Əliyevə məktub göndərib - iyun ayında olacaq böyük hadisələrin mesajını verdi: Şifrələri açırıq 17:15 Sabah BTQ dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə veriləcək 17:14 Növbəti iki gün hava yağıntılı olacaq - XƏBƏRDARLIQ 16:51 Əraqçi xəbərdarlıq etdi: "Bu halda bütün cəbhələrdə atəşkəs pozulacaq" 16:41 İspan məşqçilərinin uğur sirri açıqlandı! 16:39 Rodri transfer xəbərləri fonunda diqqətini mundiala yönəltdi! 16:34 Rusiya diplomatik əlaqələri genişləndirir - Dörd səfirlik açılacaq 16:32 ABŞ döyüşə hazır vəziyyətdə gözləyir - VİDEO 16:31 Gürcüstandakı azərbaycanlılar qibləni Tehranda, Xamenei fotosuna ibadətdə axtarırlar, niyə? 16:29 “Ağ-qaralar” heyətin vacib üzvlərini qorudu! 16:16 Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak etdi - YENİLƏNDİ 3 10:02 Ordu yavaş-yavaş yığılır - Rusiya və Belarus Ermənistana müdaxiləyə hazırlanır? 16:11 All News