Həftəsonu minlərlə şəxs imtahan verəcək

Həftəsonu minlərlə şəxs imtahan verəcək
15.04.2026 15:38 Elm və Təhsil

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 19-da imtahan keçirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, sözügedən tarixdə əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı baş tutacaq.

Həmçinin esternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı, Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan MR-də keçiriləcək.

İmtahanda 37338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda 90 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 Bütün Xəbərlər