Tehranda ölümcül toqquşmalar başladı...
İranın paytaxtı Tehranda İnqilab Meydanı ətrafında İran təhlükəsizlik qüvvələri ilə iraqyönlü silahlı qruplar arasında ölümcül toqquşmalar baş verdiyi barədə təsdiqlənməmiş məlumatlar yayılıb.
TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə və yerli mənbələrdə yayılan iddialara əsasən, insidentdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli qüvvələr, FARAJA təhlükəsizlik strukturları və İraq mənşəli "Xalq Səfərbərlik Qüvvələri" (XSQ) ilə əlaqələndirilən döyüşçülər iştirak edib.
Məlumatlarda bildirilir ki, hadisə zamanı çoxsaylı təhlükəsizlik avtomobilləri əraziyə cəlb olunub, havaya xəbərdarlıq atəşləri açılıb və silahlı qarşıdurma bir neçə dəqiqə davam edib.
Bəzi iddialarda ən azı beş XSQ ilə əlaqəli döyüşçünün öldüyü qeyd olunur. Lakin bu məlumatlar hazırda müstəqil mənbələr və ya İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib.
Qiymət Mahir