İsrail və Livan arasında atəşkəs UZADILDI - ABŞ Dövlət Departamenti elan etdi

İsrail və Livan arasında atəşkəs UZADILDI - ABŞ Dövlət Departamenti elan etdi
15.05.2026 23:28 Dünya

ABŞ İsrail və Livan arasında atəşkəs rejiminin daha 45 gün müddətinə uzadılacağını elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.

Vaşinqton bu qərarı tərəflər arasında keçirilən "yüksək məhsuldar" danışıqların nəticəsi kimi qiymətləndirib.

"Aprelin 16-da hərbi əməliyyatların dayandırılması barədə əldə olunmuş razılaşmanın müddəti, gələcək tərəqqiyə nail olmaq məqsədilə daha 45 gün uzadılacaq", - deyə Tommi Piqott bildirib.

Bu bəyanat ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin qüvvəyə minməsindən bəri İsrailin Livana qarşı davam edən hücumlarına baxmayaraq verilib.

Piqott qeyd edib ki, Dövlət Departamenti siyasi danışıqlar xəttini iyunun 2-3-də yenidən aktivləşdirəcək. O, həmçinin hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə mayın 29-da Pentaqonda ayrıca bir "təhlükəsizlik xətti" üzrə görüşün başladılacağını anons edib.

"Ümid edirik ki, bu müzakirələr iki ölkə arasında davamlı sülhün təmin olunmasına, bir-birlərinin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına, eləcə də ortaq sərhəd boyunca real təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək", - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, sözügedən elan ABŞ-nin vasitəçiliyi ilə Dövlət Departamentində keçirilən danışıqların üçüncü raundundan sonra verilib.

Aysel Mətləb

TodayPress TV

NEWS FEED
31 MAY 2026
Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 All News