İrandan ABŞ bazasına hücum: Yaralananlar var
İran tərəfindən atılan ballistik raketin qalıqları Küveytdə yerləşən "Ali Al Salem" hava bazası yaxınlığında insidentə səbəb olub və nəticədə beş amerikalı hərbçi və ya müqaviləli əməkdaş yüngül xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hücum zamanı istifadə edildiyi iddia olunan "Fateh-110" tipli raket Küveyt hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilib. Lakin raketin qalıqları bazanın ərazisinə düşüb. Hadisə zamanı iki "MQ-9 Reaper" pilotsuz aparatından birinin məhv olduğu, digərinin isə ciddi zədələndiyi bildirilir.
Xəbərlərdə qeyd olunur ki, hadisə regionda davam edən kövrək atəşkəs fonunda baş verib və ABŞ tərəfi bunu ciddi pozuntu kimi qiymətləndirir. Yaralananların vəziyyətinin stabil olduğu bildirilir.
Türkan İsgəndərli