Hantavirusa görə bu ölkə maska rejiminə keçir

Hantavirusa görə bu ölkə maska rejiminə keçir
15.05.2026 21:17 Dünya

Fransada həftənin əvvəlindən etibarən FFP2 maskası satışlarında ciddi artım müşahidə olunur. Buna səbəb Atlantik okeanında keçirilən kruiz səfərindən sonra qeydə alınan şübhəli Hantavirus yoluxma halları ilə bağlı narahatlıqlar olub.

TodayPress TV xəbər verir ki, bir sıra apteklər müvəqqəti məhsul çatışmazlığı yaşandığını bildirir.

Topdansatış mərkəzləri isə son günlər rekord satış qeydə alındığını açıqlayır: cəmi üç gün ərzində 15 min qutu maska satılıb. Halbuki adi dövrdə həftəlik satış təxminən 2 min 400 qutu olurdu.

Əczaçılıq sektorunda fəaliyyət göstərən mənbələrin bildirdiyinə görə, son bir neçə gün ərzində apteklərdə maskalara olan tələbat təxminən beş dəfə artıb.

Bununla belə, səhiyyə qurumları ölkədə hər hansı epidemiyanın olmadığını vurğulayır. Xəstəxanaya yerləşdirilmiş 26 şəxsin hamısının test nəticələri mənfi çıxıb və son günlər ərzində yeni yoluxma faktı təsdiqlənməyib.

Rəsmi qurumlar nəzarət və tibbi müşahidə mexanizmlərinin fəaliyyətini davam etdirdiyini, lakin vəziyyətin nəzarət altında olduğunu bildirir.

TodayPress TV

NEWS FEED
01 JUNE 2026
Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Ermənistanda siyasi qalmaqal: Partiya qərargahına basqın edildi 22:09 Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlandı 22:41 Moskva-İrəvan xəttində gərginlik: Ermənistan səfiri təcili geri çağırıldı 22:03 KİV: "Hizbullah" İsraillə tam atəşkəsə hazırdır 21:35 Tramp özündən çıxdı - Netanyahuya telefonda ağır sözlər dedi 21:53 Ceyhun Bayramov Kaleb Orrla Azərbaycan-ABŞ münasibətlərini müzakirə etdi 21:47 “Tarixin uşaq izləri” adlı sərginin açılışı baş tutdu 21:44 İsrail-Hizbullah xəttində dönüş nöqtəsi: Tramp razılaşmanı açıqladı 21:40 Putinin Paşinyana təbriki: Kreml Ermənistana qarşı yumşalır? 21:23 İran atəşkəsin “qırmızı xətt”ini açıqladı 21:27 Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verdi 19:45 Netanyahuya gözlənilməz çağırış: Hücumları dayandır! 21:14 TƏCİLİ: Netanyahu əmr verdi - Hücumları dayandırın! 21:10 Bakıda Türkiyə və ABŞ-nin yeni əməkdaşlıq imkanları müzakirə olundu 19:32 Bu ərazilərdə qaz olmayacaq 19:27 Netanyahu ilə Tramp arasında telefon danışığı aparılır 20:46 SON DƏQİQƏ: ABŞ və İsrail ordusu hazır vəziyyətə gətirildi 20:38 All News