Gecəni bombardmanla açdılar: ABŞ İranı vurur
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ ordusunun Hörmüz boğazı yaxınlığında İranın pilotsuz uçuş aparatları obyektlərinə zərbələr endirməsindən sonra ABŞ hərbi bazasını hədəfə aldığını bəyan edib.
TodayPress TV xəbər verir ki, ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton İranın dron əməliyyatlarına qarşı hərbi zərbələr həyata keçirib.
Məlumata görə, zərbə Hörmüz boğazında ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaratdığı bildirilən hərbi obyektə endirilib.
Bildirilir ki, ABŞ hücumundan sonra İran İnqilab Keşikçiləri Korpusu cavab olaraq ABŞ-nin Küveytdə yerləşən Ali Al Salam aviabazasına zərbə endirdiyini açıqlayıb.
"Reuters" yazır ki, hədəf İranın cənubundakı Bəndər-Abbas bölgəsində yerləşən pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsi olub. ABŞ qüvvələri eyni zamanda bir neçə İran dronunu da vurub.
ABŞ rəsmiləri əməliyyatın “müdafiə xarakterli” olduğunu bildiriblər.
Qeyd olunur ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı rəsmi şərh verməyib.
Qiymət Mahir