Almaniya bu ölkədə "Patriot" kompleksi yerləşdirəcək

Almaniya bu ölkədə "Patriot" kompleksi yerləşdirəcək
18.05.2026 22:45 Dünya

Yaxın Şərqdə gərginlik fonunda Bundesver Türkiyənin cənub-şərqində "Patriot" zenit-raket kompleksi (ZRK) yerləşdirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Plana əsasən, "Patriot" ZRK və Almaniyanın Xuzum şəhərindən (Şlezviq-Holşteyn federal əyaləti) olan 150-yə yaxın hərbçi iyunun sonundan sentyabradək Türkiyəyə dislokasiya olunacaq. Onlar orada ABŞ ordusunun bölməsini əvəz edəcəklər.

"Almaniya NATO çərçivəsində öz üzərinə daha çox məsuliyyət götürür. Biz bunu şərq cinahında, Uzaq Şimalda və indi də Alyansın Türkiyədəki cənub-şərq cinahında edirik", - ölkənin müdafiə naziri Boris Pistorius bildirib.

Qeyd edək ki, sonuncu dəfə Bundesverin "Patriot"ları Türkiyədə 2013-cü ildən 2015-ci ilədək NATO-nun "Active Fence" missiyası çərçivəsində Kahramanmaraş şəhəri ərazisində, Suriya sərhədindən təxminən 120 km aralıda yerləşdirilib.

TodayPress TV 

NEWS FEED
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 All News